Qırış əlehinə təbii maskalar

Qırış əlehinə təbii maskalar

— 1 ovuc çiyələyi yaxşıca əzib suyunu süzün. Süzdüyünüz çiyələk suyunun içinə bir az gül suyu əlavə edin. Bu qarışımı üzünüzə və boynunuza sürtüb 1 saat gözləyin, sonra sodalı su ilə üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq edin.

— Yarım almanı rəndələyərək yaxşıca əzin və içinə 2 qaşıq qaymaq qatıb qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə saxlayın. İlıq suyla yuyun və nəmləndirici krem sürtün. Həftədə 1 dəfə edin. Bundan başqa bol-bol alma yemək də üzə faydalıdır.

— Eyni miqdarda limon suyu və qliserini qarışdırıb bir qaba qoyun. Yatmadan əvvəl bu suya batırdığınız pambıqla üzünüzü silin.

— Yatmadan əvvəl 1 stəkan yemiş suyunu 1 stəkan qaynamış su ilə qarışdırıb dərinizi yuyun. Daha sonra qaynamış südə batırdığınız pambıqla üzünüzü təmizləyin və yumşaq bir dəsmalla silin.

— 1 qaşıq balı 1 yumrta ağı və 1 qaşıq qliserinlə qarışdırın. 15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq və soyuq suyla yuyub yumşaq dəsmalla silin. Həftədə 1 dəfə edin.

— 1 yumurta sarısını 1 qaşıq südlə qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra dərinizi limon suyu ilə silin. Həftədə 1 dəfə edin.

Top