Saçınızı necə yuyacağınızı bildiyinizimi düşünürsüz? Yenidən düşünün! Fərqində olmadan etdiyiniz bəzi səhvlər var.
Həftənin 7 günü, ilin 365 günü eyni şampundan istifadə edirsiz.
Hər şeydən əvvəl saçlarınızı hər gün şampunlamamalı və hər dəfə eyni şampundan istifadə etməməlisiz. Bir neçə aydan bir şampunuzu dəyişdirin.
Şampunlamadan əvvəl saçlarınızı yetərincə islatmırsız.
Saçlarınızı tamamən yaxşı islatdığınıza əmin olun.
Şampunlamağa həmişə eyni yerdən başlayırsız.
Həmişə saçınızın düz ortasından şampunu tökürsüz. Bu dəfə ya boyun hissəsindən, ya da saç uclarından başlayın.
Çox sürtünmə yaradırsız.
Saçlarınıza çox zərər verməmək üçün sadəcə barmaq ucları ilə zərif masaj edərək saçlarınızı yuyun.
İsti suyla durulayırsız.
İsti su saç dərisinin, saçların qurumasına səbəb olur, ilıq sudan istifadə edin.