Limonla gözəlləşin

Limonla gözəlləşin

Limon ilə sağlam və qüsursuz bir cildə sahib olmaq istəyirsiniz? O halda bu yazını oxuyun.

Limon canlı rəngləri ilə təbii məhsuldur, ucuzdur. Limon suyu antiseptik olması ilə yanaşı müalicəvi və təravətləndiricidir. Düzgün məhsullarla qarışdırıldığında gündəlik qulluq üçün idealdır. 

Qatıq+limon pilinqi
1 qaşıq limon suyu, 4 qaşıq qatıq və 1 qaşıq balı qarışdırın. 10 dəqiqə üzünüzdə saxlayıb ilıq suyla yuyun.

Bal+limon üz təmizləyicisi
 2 xörək qaşığı bal, 1 xörək qaşığı qara şəkər tozu və limon suyu. Hamısını qarışdırıb qarışımın dörddə biri ilə dərinizi ovun, sonra 5 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq suyla yuyun. Qalan qarışımı da 3-4 gündən çox saxlamayın.

Limon+şəkər tozu ayaq qulluq vasitəsi
 Yarım stəkan qara şəkər tozu, 2 xörək qaşığı zeytun yağı və təzə sıxılmış limon suyunu qarışdırıb bununla ayaqlarınıza masaj edin. Duruladıqdan sonra nəmləndirici krem sürtün. Bu qarışım dirsəkləriniz üçün də yararlı olacaq.

Top