Kişilər üçün üz maskaları

Kişilər üçün üz maskaları

Dəri baxımı həyatın bir hissəsi olduğu kimi, üz maskaları da bu baxımın bir hissəsidir. Kişilər qadınlara nisbətən 15 faiz daha çox yağlı dəriyə sahibdirlər. Buna görə dəri baxımı onlar üçün də vacibdir.


— 2 çay qaşığı süd və 2 çay qaşığı balı qarışdırın. Üz və boğaz nahiyənizə sürtüb 10 dəqiqə boyunca saxlayın. İlıq suyla yuyun.

— Bananın dörddə birini əzib üzünüzə sürtün. 20 dəqiqə saxladıqdan sonra ilıq və ardınca soyuq sula yuyub qurulayın.

— Bananı əzib üzərinə 1 çay qaşığı bal və 2 çay qaşığı qatıq əlavə edin. Üzünüzə masaj edərək çəkin. Dəri maskanı özünə çəkənə kimi saxlayın. Çox effektli maskadır.

— 1 ədəd yumurta və 1 çay qaşığı badam yağını qarışdırın. 10-15 dəqiqə üzünüzdə saxlayıb soyuq suyla yuyun. Quru dərilər üçün çox faydalıdır.

— 1 ədəd əzilmiş pomidoru 1 çay qaşığı yulaf unu və 1 çay qaşığı limon suyu ilə qarışdırın. Üzünüzə çəkib 10 dəqiqə sonra ilıq suyla yuyun. Yağlı dərilər üçün çox faydalıdır.

Top