Südlə dəriyə qulluq

Südlə dəriyə qulluq

Süd dəri üçün də gözəlləşdirici təsirə sahibdir. Keçmiş Misir və Yunan qadınları südü dəri üçün gözəllik vasitəsi kimi istifadə edirdilər.

Kleopatra süd vannası qəbul edir, yunan qadınları gözəllik üçün qatıqdan istifadə edirdilər. Süd yanıq müalicələrində də istifadə olunurdu. İçərisindəki A, D və  E vitaminləri ilə süd, dərinin gənc qalmasını təmin edən təbii bir nəmləndiricidir .

Romantik şokoladlı süd vannası
3 fincan süd
5 xörək qaşığı təzə dərilmiş nanə
3 xörək qaşığı kakao
Yarım fincan duz
1 fincan buğda nişastası

Bütün bu ləvazimatları iri bir kasa qabda qarışdırın və doldurduğunuz vannanın içinə əlavə edin. Sonra istədiyiniz qədər vanna qəbul edə bilərsiniz.

Süd və bal ilə canlandırıcı maska
3 xörək qaşığı bal
3 xörək qaşığı süd
1 fincan un

Bütün ləvazimatları qarışdıraraq qarışım əldə edin. Təmizlədiyiniz üzünüzə bu maskanı sürtüb və barmaqlarınızla masaj edin. Bir neçə dəqiqə sonra üzünüzü ilıq suyla yuyun.

Rahatladıcı təmizləmə lasionu
1 ədəd çobanyastığı çayı
2 xörək qaşığı bal
1 ədəd balaca boy xiyar
1 xörək qaşığı süd

1 fincan çobanyastığı çayı hazırlayın və soyumağa qoyun. Dilimlədiyiniz xiyarların suyunu çəngəllə çıxarın. Bal və südü xiyar suyuna əlavə edin. Əldə etdiyiniz losionu üzünüzə sürtün ardından çobanyastığı çayı ilə üzünüzü yuyun.

Top