Dırnaq boyasının ömrünü uzadan məsləhətlər

Dırnaq boyasının ömrünü uzadan məsləhətlər

Qadınlar üçün dırnaq baxımı çox əhəmiyyətlidir. Baxımlı və gözəl əllər dırnaq gözəlliyi ilə tamamlanar. Bu səbəblə qadınlar dırnaq boyalarının dayanıqlı və uzun ömürlü olmasını istəyərlər.
Buyurun, sizə dırnaq boyanızı uzunömürlü edəcək bir neçə məsləhət...

Dırnaq boyanızın daha uzun ömürlü olmasını istəyirsinizsə dırnaqlarınıza çəkmədən əvvəl dırnağınıza dırnaq qoruyucu tətbiq edin.

Boya çəkmədən əvvəl əsla nəmləndirici istifadə etməyin.

Dırnaq boyanızın son istifadə etmə tarixinə mütləq diqqət yetirin, təzə olmasına diqqət göstərin.

Dırnaq boyanızı dırnağın ortasından başlayaraq çəkin.

Çəkmə əməliyyatını üç fırça zərbəsi ilə tamamlayın.

Əgər iki qat lak çəkəcəksinizsə bir neçə saniyə gözləyin.

Dırnaq boyanızı çəkdikdən sonra qurumasını gözləyin.

Dırnaq boyanız quruduqdan sonra lak qoruyucu məhsullar istifadə edə bilərsiniz.

Dırnaqlarınıza dəyəcək sərt zərbələrdən uzaq olun.

Davamlı kimyəvi maddələr istifadə edirsinizsə əlcək geyinməyə çalışın.
Top