Nəm dəri makiyajı artıq tez-tez üstünlük verilən makiyaj növünə çevrilib. İslaq makiyajla üzün bəzi cizgilərini önə çıxarmaq və gizləmək mümkündür.
Makiyajda donuq və tutqun görünmək artıq demode hala gəlib. Yeni trend aydın və parıltılı cildi hədəfləyir. Dəri işığı nə qədər əks olunursa, o qədər sağlam və gözəl görünər. Burnun üstünü, göz qapaqlarını vurğulamaq bu makiyajın sirridir.
Məşhurların bu makiyajla sirri belədir: tonal kremlə qüsursuz hala gətirilən dəri aydınladıcı ilə önə çıxarılır. Almacıq sümükləri, burnun üstü, çənə altına yüngül bir parlaqlıq verilir. Sonra ən üst yüngül toxunuşlarla rəngli nəmləndirici istifadə edilir və əgər ehtiyac duyularsa, T bölgəsinə pudra tətbiq olunur. Transparan bir cild əldə olunur.
Şaftalıya çalan çəhrayı rəngli ənlik, krem rəng göz kölgələri ilə gün boyu nəmli bir görünüş əldə edə biləcəksiz. Dodaq rəngi üçün fərqli rənglərdən istifadə etməkdən çəkinməyin. Neon rəng parıldadıcılarla fərqli görünüş qazanacaqsız.
Mütləq maye aydınladıcılardan istifadə edin. Rəngli nəmləndiricinin üzərinə istifadə etməklə kiçik işıq yansımaları əldə edə bilərsiz. İki fərqli rəngdə ənlikdən istifadə edin. Daha açıq tondakı ənliyi tünd ənliyin üzərindən vurun.