Yağlı cildlərə qulluq

Yağlı cildlərə qulluq

Yağlı cildlərə qulluq o qədər də asan deyil.  Bu məsləhətlər işinizə çox yarayacaq:
Həftədə bir dəfə dərinizi ölü hüceyrələrdən təmizləmək (peeling etmək) dərinizin parlamasını və təravətli olmasını təmin edəcək.
Maskalar:
1. Yumurta və şəkər maskası tam yağlı dərilərə görədir. Bir az yumurta və  bir az şəkər alıb qarışdırın. Daha sonra üzünüzə dairələr şəklində hazırlanan məhlulu tətbiq edin.
2. Bir az portağal suyu və yumurta sarısı ilə edəcəyiniz maskanız üzünüzdəki artıq yağı alacaqdır. Bu maskanı həftədə 1 dəfə tətbiq etmək məsləhətdir. Bu sizin dərinizə daha çox parlaqlıq verərək, dərinizdə olan artıq yağları alacaqdır.

* Dərinizdəki yağlanmadan xilas olmaq üçün nəmləndiricilərdən istifadə etmək lazımdır və istifadə edəcəyiniz nəmləndiriciləri çox yaxşı seçməlisiniz.
Yağlı dəri üçün mütləq su əsaslı nəmləndiricilərdən istifadə edtmək məsləhətdir Tərkibi su ilə olan nəmləndiricilərin faydası da olduqca böyükdür. Su əsaslı nəmləndiricilər yüngüldürlər və tərkibində yağ olmur. Beləcə məsamələrinizin nəmləndiricilərinizlə dolması kimi bir dərdiniz olmaz.

* Dərinizdəki yağı alan kağızlar həqiqətən də bu işdə kömək olur. Bu kağızlar makiyajı həm pozmur həm də dəridə olan artıq yağları alır.
* Yağ əmici pudra həqiqətən də bir makiyaj möcüzəsidir. Neutrogena pudarsı bu sahədəki  ən yaxşı markalardan biridir. Bunu da sınaqdan keçirmək məqsədə uyğundur.

* Tərkibi spirtnən olan təmizləyicilərdən istifadə etməyin. Çünkü, bu məhsullar dərinizi tamamilə qurudur və dərinizi gərgin hiss etməyinizə səbəb olur.
Top