Müasir dövrdə daimi olaraq istifadə etdiyimiz fen və saçlarımıza çox böyük ziyan vuran digər əlamətlər, kövrək və zəif saçların olmasına gətirib çıxardır.
İlk növbədə müşahidə etdiyimiz problemlərdən biri saçqıranların üzə çıxmasıdır.
Hər bir problemdə olduğu kimi bu problemdə də ilk növbədə orqanizmin ümumi vəziyyətinə nəzər salmaq məsləhət görülür. Dırnaq və saçların vəziyyəti ,sağlamlığın nə halda olmasından xəbər verən dəqiq indikatordur. Saçqıranlar adətən vitamin çatışmazlığı,qeyri düzgün qidalanma, qidalı maddələrə olan çatışmazlıqların nəticəsi ola bilər. Məhz buna görə problemi daxildən həll etmək lazımdır.
Beləliklə, ilk olaraq gündə 2-3 lt su içmək lazımdır, belə ki, orqanizmdə su çatışmazlığı saçların quru və kövrək olmasına səbəb olur. Səhərlər ac qarına 1 çay qaşığı zeytun yağı içmək həmçinin məsləhətdir. Belə ki, gözəl saçlara sahib olmaq istəyirsinizsə bitki yağlarının nə qədər önəmli olmasını bilməniz şərtdir. Saçları yuduqdan sonra isə adı su ilə deyil, müxtəlif bitki məhlulları ilə yaxalamanız yaxşı olar.
Bundan əlavə quru və kövrək saçlara yaxşı təsir edən yağlardan istifadə mütləqdir. Saçları yumazdan əvvəl gənəgərçək, ayığəncəsi, zeytun və digər yağlarla maskalar etməyiniz bu tip problemin həllinə köməkçi olacaq.
Digər üsullara gəldikdə isə, bu problemin həllini hər bir salonda tapmaq olar. İlk üsul saçqıranların kəsimi və sonrakı qulluqdur. Son zamanlar isə xeyli məşhurlaşan qaynar qayçı ilə kəsimdir. Bu kifayət qədər uzun bir prosedurdur(1.5-2 saat). Saçların ucunu kəsdikdə yüksək hərarətin təsirindən uclar yapışaraq, laylara ayrılmır.
Digər salon proseduru olan — termo bərpa edilmə adlanır. Saçlarınıza xüsusi vasitələr sürtülür, sonradan şampunla yuyulub, uclarına xüusi zərdab sürtülərək proseduru xüsusi ütü ilə bitirirlər. Saçlar böyük dozada bərpaedici vasitələrlə qidalanaraq, yüksək hərarətlə emal edildiyinə görə effekti uzunmüddətli saxlayır.
Bundan əlavə digər üsullarda vardır, sadəcə salonda olunan bir çox üsulların əksəri müalicəvi deyil kosmetik sayılır. Belə ki, onlar üstən problemi həll edərək saçlarınıza müvəqqəti gözəllik və parlaqlıq verə bilirlər. Bu səbəbdən hər bir problem və xəstəlikdə olduğu kimi, saçqıran problemini də daxildən həll etmək lazımdır.
saglamolun.az