Saçların sağlam olmasında əhəmiyyətli faktorlardan biri saç tipinə uyğun gələn məhsullarından istifadə edilməsidir. Bunun üçün ilk nöbədə saç tipini müəyyənləşdirmək əsasdır. Saçların incəliyinə, qalınlığına, normal olmasına da diqqət edilməlidir.
Bəzi insanların saç dərisi yağlı olur. Həmin insanlarda saçların uc qisimləri saç dərisinə nisbətən quru olur. Saç dərisinin necəliyi müəyyən edildikdən sonra saç dərisinin növünə görə şampundan istifadə etmək olar.
Quru saç ucları üçün isə lazımi məhsullar seçilməlidir. Saçları yuduqda sabundan istifadə etmək olmaz. Bu saç tellərinin qurumasına və üstündəki kiçik canlı hüceyrələrin ayrılmasına səbəb olur.
Saçları möhkəm tokalarla yığmaq, saç teli hüceyrələrinin sıxışmasına gətirib çıxarar və saçları qırır. Saçları gərgin bir şəkildə yığmaq müəyyən bir zamandan sonra alında və gicgahlarda saç tökülməsi probleminə səbəb olar. Bu baxımdan açıq buraxaraq saç telləri və dəri hüceyrələrinin hava almasını təmin etmək lazımdır.
Saçları daradıqda nəmli və ya yaş olması da önəmlidir. Çünki, saçların quru halda daranması onların qırılmasına və zaman içində qurumasına səbəb olar. Bundan əlavə saçlara zərər verməyən saç daraqları və ya fırçaları almaq da vacibdir.
Bəzi saç fırçası və ya daraqlarda əlavə yerlər olur. Bu əlavə yerlər saç tellərinin zərər görməsinə səbəb olur. Ona görə saçlara qulluq məhsulları düzgün seçilməli, onlara vaxtında qulluq edilməlidir. Əgər saçlar həftədə bir dəfə yuyularsa onlarda yağlanma baş verər. Çirkli olduqda isə saçların sərtləşməsi və müxtəlif saç problemləri olar.
Saçların daha gözəl və həcimli olması üçün saçlar səhərlər yuyulmalı, onlara lazımi qulluq göstərilməli, şampunlardan lazımi miqdarda və düzgün (saç tipinə uyğun) istifadə edilməlidir.