Əzəldən miselyar su körpə uşaqlarda ciddi dəri xəstəliklərinin müalicəsində istifadə olunurdu.
Körpələri yataq yarası, psoriaz və kserazlardan xilas edirdi. Bu suyun tərkibində dərinin quruluğuna səbəb olan — qələvilər yoxdur. Bir çox gel, köpük və makiyaj silmək üçün südlü məhlulların tərkibndə aktiv qələvilər olduğundan dərisində allergiya və problemi olan xanımlar istifadədən sonra qızartı və allergiya hallarını müşahidə edirlər. Məhz bu səbəbdən kosmetikanın silinməsi üçün istifadə olunan vasitə seçimi daimi aktual bir problem olaraq qalır.
Beləliklə miselyar su — makiyajın silinməsi üçün istifadə olunan, yağlı turşular və xeyirli maddələrlə zəngin sudur. Micella — yunan dilindən tərcümədə zərrə deməkdir. Suyun tərkibində olan zərrəciklər dərinin artıq piyini və kosmetika qalıqlarını özünə hopur. Çirk və ölü hüceyrələr üçün o bir maqnit rolunu oynayır. Həmçinin onun tərkibində aromatizatorların olmaması onu təmamilə hipoallergen məhsul edir. Spirtin olmaması isə lazımlı nəmin epidermisin səthindən tez buxarlanmaması üçün imkan yaradır.
Fransa və Amerikanın aparıcı kosmetoloqları miselyar suyun effektivliyini isbat ediblər. Artıq bu məhsul makiyajın silinməsi üçün istifadə olunan ən ziynsız vasitə sayılır. Bu gün o, bir çox kosmetik firmalar tərəfindən buraxılır. Yağlı və qarışıq epidermis tipi üçün tərkibinə antibakterial komponentlər, quru dəri üçün isə nəmləndirici efri yağları əlavə olunur.
Onun istifadəsi kosmetikanın silinməsi üçün adətən istiafadə etdiyiniz gel, köpüklər kimi həyata keçirlir. Pambıq disklərinin üzərinə əlavə edib, üz dərisindən və gözətrafı zonadan makiyajınızı rahatlıqla silə bilərsiniz.
saglamolun.az