Saçların tez uzanması üçün 10 effektiv üsul

Saçların tez uzanması üçün 10 effektiv üsul

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır.

Müasir zamanın tələbləri qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır. Solğun rəngli, parıltısız, kövrək və uzun zaman uzanmayan saçlar çoxları üçün problemə çevrilir. Bu məqalədə sizə saçların tez uzadılması üçün nələr etmək lazım olduğunu təqdim edirik:

Beləliklə, 1-ci üsul
Nikotin turşusu(B3 vitamini, PP vitamini, nikosinamid) bir çox saça baxım vasitələrinin tərkibində vardır. Bu maddə, uzanmanın güclənməsi və saçların möhkəmlənməsinə cavabdehdir. Adının siqaretlə heç bir əlaqəsi yoxdur. Onun sayəsində saçlar nəmlənir, saç kökləri möhkəmlənir, qan dövranı yaxşılaşır və nəticədə saçların uzanması güclənir. Bu maddə ilə aparılan kursu sona qədər keçən insanlar, 1 ayda saçların 4 sm artmasını deyirlər. Nikotin turşusu apteklərdə satılır.

İstifadəsi: 30 gün ərzində nikotin turşulu ampulaları (gündə 1 ədəd) saçların dibinə sürtmək lazımdır. Sonradan 3-6 ay ara vermək məsləhətdir.

2-ci üsul
Bu siyahıda xardal maskası da ön sıralardadır. Xardal dərini isidərək, «yandıran» hiss yaradır və saç soğanağına qan axınını təmin edir.

İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.

3-cü üsul
Zeytun və gənəgərçək yağı(kastorka) saç ların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamiya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.

4-cü üsul
Uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:

— B qrup vitaminləri(B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.

— Biotin — onun azlığı saç tökülməsinə səbəb olur.

— İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.

— C vitamini baş dərisinin qan dövranını yaxşıılaşdırır və saç folikuluna kömək edir.

— E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövranının güclənməsinə səbəb olur.

— Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.

5-ci üsul
Baş dərisinə də detoks lazımdır. Trixoloqların fikirlərinə əsasən, baş dərisində toksinlərin yığılması və oksigen çatışmazlığı nəticəsində, dəri atonik və cansız olur. Bu səbəbdən, soğanaqların kövrəkliyi artır və onlar sağlam saç istehsal edə bilmirlər. Toksinləri çıxaran, folikulları qoruyan və stimullaşdıran məhsulları istifadə etməniz məsləhət görülür. Bir çox mərkəzlərdə «baş dərisini detoksı „xidməti təklif olunur. Ev şəraitində isə bunu yalnız detoks- şampununu istifadə etməklə edə bilərsiniz.

6-üsul
Saçların uzanması üçün enerji tələb olunur. Saç folikkulları isə bu enerjini orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlə. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.

7-ci üsul
Mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin. Əks halda olmayan yerdə yeni bir problem yaratmış olarsınız.

8-ci üsul
Saçları yuduqda, baş dərisini bir neçə dəqiqə masaj etmək məsləhət görülür. Bu, saç folikullarını oksigenlə təmin edir. Saçların fensiz quruması daha yaxşı olar. Bunu heç deyilsə yay aylarında etmək lazımdır.

9-cu üsul
Saçların ən aşkar uzdılma üsulu, onları 7-8 ay ərzində kəsməməkdir. Lakin, o qədər də rahat üsul deyil. Belə ki bu müddət saçlara olan baxım 2 dəfə artıq olmalıdır. Bu aylar ərzində mütləq olaraq, maskalar, yuylduqdan sonra sürtülən qoruyucu və qidalandırıcı sprey və kremlədən istifadə etmək lazımdır. Bu üsulla siz, həm saçların uzanmasını aşkar görəcəksini, həmçinin maskalar və digər vasitlərlə saçlarınıza qulluq etməklə onlara sağlam və gözəl görkəm verəcəksiniz.

10-cu üsul
Beləlilkə son üsul da həmçinin baş dərisi ilə əlaqəlidir. Artıq məlum olduğu kimi baş dərisi üçün yaxşı qan dövranı lazım olduğundan, baş dərisi isə öz növbəsində folikkulara bir başa təsir etdiyindən, daxilə qəbul etdiyiniz məhsullardan əlavə xarici təsiri olan vasitələrə də əl atmaq olar. Belə ki, kosmetik vasitələrdən sayılan ampulalara diqqət yetirin. Bunlardan nanə və ya çay ağacı cövhəri çox məsləhət görülür. Bundan əlavə saç inkişafını stimullaşdıran şampunlar, baş dərisinin pilinqi üçün istifadə olunan skrablar da öz nəticəsini göstərmiş olacaqlar.

saglamolun.az
Top