Evdə asan bir şəkildə hazırlayacağınız müalicə-qulluq metodları ilə, saçlarınızın rəngini təbii yolla aça və onlara füsünkar parlaqlıq qazandıra bilərsiniz.
Limon- Təbii bir şəkildə saç rəngini açan və saça gün işığı
kimiparlaqlıq bəxş edən vasitələrdən biri limondur. Bir saç spreyi şüşəsinin dörddə birini təzə sıxılmış limon suyu ilə şüşəni geri qalanını isə suyla doldurmaqla bu qarışığı baş dəriniz islanmayacak qədər tətbiq edin. 30 dəqiqə keçəndən sonra çöldə günəş işığının altında dayanaraq limonlu suyu 2 saat saçınızda saxlayın. Limonlu su dərininin qabarmasına səbəb olduğundan təmas anında günəş işığına çıxmamaq məsləhətdir. Bu saçların qurumasına səbəb olduğu üçün qarışığın istifadəsindən əvvəl və istifadədən sonra saçları kremləmək lazımdır.
Zeytun- Zeytun yağının mükəmməl bir saç bəsləyicisi olduğunu eşitmişik. Ancaq bəzilərinin bu təbii vəsaitin saç rəngini açdığından və ona daimi, füsünkar, günəş işığı kimi parlaqlıq qazandırdığından xəbərlərsizdilər. Bol miqdarda zeytun yağı sürdükdən sonra saçınızı yaxşıca darayın. Bu şəkildə bir saat günəşdə dayandıqdan sonra saçınızı durulanın. Saçlarınızda təbii bir işıldama ilə yanaşı, onların nəmli və cazibəli olduğunun fərqinə varacaqsınız.
Çobanyastığı- Çobanyastığı çayı sayəsində bu yaz əsmər qadınlar da təbii qızıl saçlara sahib olacaqlar. Bunun üçün əsmər qadınlar çobanyastığını bir çaydanlıqda qaynadıb soyumağa qoymalıdırlar. Saçınızı hər dəfə olduğu kimi yaxşı yuyub, kremlədikdən sonra çobanyastığı çayını saçlarınıza tətbiq edin. Çölə çıxıb çayla islatdığınız saçlarınızı günəşdə 30-60 dəqiqə qurudun. Saçlarınız istədiyiniz təbii qızıl gözəlliyinə qovuşana qədər eyni əməliyyatı hər iki gündə bir təkrarlayın.
Bal- Balın çox yapışqan olmasına baxmayaraq saçlarınıza tətbiqi həqiqətən də saçlarınızın rənginin açılmasını təmin edəcək. Balı nəmli saçınıza birbaşa tətbiq edə bilər və saçlarınızın iki saat bu şəkildə qalmasını təmin edə bilərsiniz. Başqa bir üsul isə saç spreyi şüşəsini bal, limon və suyu qarışdırıb, yuxarıdakı proseduru tətbiq etdikdən sonra bir saat boyunca günəşdə dayanmaq faydalıdır. Onuda qeyd etmək lazımdır ki, saçlarınızı baldan tamamilə təmizləmək üçün bir neçə dəfə yumaq məcburiyyətində qala bilərsiniz, ancaq bu üsul saçlarınıza dolğunluq və işıltı verəcək. Yuxarıda bəhs edilən sadə üsullardan hər hansı biri ilə saç rənginizi təbii yollarla aça bilərsiniz.