* Yumurta maskası
Etməniz lazım olan tək şey, yumurtanın ağını çırparaq üzünüzə sürtməkdir. Yumurta üzünüzdə quruduqdan bir neçə dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun. Üzünüzün parladığını dərhal fərq edəcəksiniz.
*Banan maskası
Banan varkən kim botoksa ehtiyac yoxdur. Çox sadə bir maska olan banan maskası, həm üzünüzü nəmləndirir, həm gərginliyi götürür və gözəl görünməsini təmin edir. Banan maskasını hazırlamaq üçün 1/4 su stəkanı qatıq, 2 xörək qaşığı bal və 1 orta boy banan əzərək hamısını qarışdırın. Üzünüzdə 10 dəqiqə qədər gözlədin və ilıq su ilə durulayın.
* Qatıq maskası
Dərinizi təmizləmək və məsamələri dartmaq üçün, üzünüzə ilıqlanmış qatıq sürtün. Təxminən 20 dəqiqə gözlədin.
*Xiyar maskası
Ən çox bilinən, tətbiq olunan maskalar arasındadır. Üzünüzü sakitləşdirir və yumşaldır. Dilimlədiyiniz xiyarı üzünüzə yerləşdirin.
* Sirkə ilə tonik
Sirkənin tonik kimi gözəl təsiri vardır. Üzünüzü təmizləyər və özünüzü rahat hiss etmənizi təmin edər. Təravətli bir dəri üçün üzünüzü yuyun, iki su stəkanı suya əlavə etdiyiniz bir yemək qaşığı sirkəni durulama suyu olaraq istifadə edin.