Keçən yaz olduğu kimi, bu yaz mövsümündə də, narıncı rəng çəhrayı və parlaq boyaların əsas rəqibidir. Bu il sitrus təkcə bu elementin üstünlük təşkil etdiyi ətirlər sayəsində deyil, həm də portağal, naringi, greyfrut rənglərinin üstünlük təşkil etməsi ilə dəbdədir.
DKNY, Dsquared2, John Galliano, Creatures of the Wind və sair brendlərin yeni kolleksiya nümayişlərində bu rəng çalarlarına xüsusi üstünlük verilib. Həmçinin son dövrlərdə ulduzların da sitrus rənglərinə isti münasibəti bu rəng dodaq boyalarının hələ uzun müddət aktuallığını qoruyacağını söyləməyə əsas verir.