Makiyajı necə təmizləməli?

Makiyajı necə təmizləməli?


"İşimlə əlaqədar hər gün makiyaj etmək məcburiyyətində qalıram. Dərim də çox həssas olduğuna görə, makiyajımı təmizləyərkən cildim çox zərər görür".

Bu sözləri əksər xanımlar deyir və dəriyə zərər verməyəcək təmizləyici axtarır. Bu xanımlar üçün məsləhətimiz var. Əməl etsəniz, xeyrini də görəcəksiniz.

2 ədəd xiyarı rəndədən keçirib suyunu sıxın. Xiyarın suyunu 1 çay qaşığı badam yağı və 2 damcı lavanda yağı ilə qarışdırın. Hər gün makiyajınızı bu qarışımla təmizləyin.

Bununla yanaşı, hər gün cildinizi lavanda çayı, ya da cökə çayı ilə kompres edə bilərsiniz. 

Mənbə: ailem.az 

Top