Tər qoxusunun qarşısını ala biləcək tövsiyyələr

Tər qoxusunun qarşısını ala biləcək tövsiyyələr

Yay fəsli yaxınlaşdıqca havalar daha da istiləşir. Sizə xüsusiylə yayda müşahidə olunan tərləmək kimi xoşagəlməz halın qarşısını almaq üçün tövsiyyələr təqdim edirik.

Tər qoxusunun qarşısını almaq üçün ilk növbədə tərləyən nahiyənin gigenik təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Xüsusiylə qoltuqaltının tərləməsindən yaranan xoşagəlməz qoxu insanın sosial həyatına daha çox mənfi təsir göstərir. İlk növbədə qidalanan zaman yediklərinizə diqqətlə yanaşaraq tərlə mübarizə apara bilərsiniz. Yayda həddindən artıq ədviyyatlı yeməklər, sarımsaq, soğan, yaşıl bitkilər tər qoxusunun yaranmağına səbəb olur.

İlk növbədə tərləyən nahiyəyə qarğıdalı unu sürtməyiniz tövsiyyə edilir. Qarğıdalı ununun nəmçəkici xüsusiyyəti sayəsində qoltuğun altının nəmlənməsinin qarşısını almaq olar.

Başqa bir üsul isə ada çayı (şalfey) dəmləməsini içməkdir. Ya da tərləyən nahiyəyə isladılmış adaçayı bitkisini sıx şəkildə qoyub bir neçə dəqiqə saxlamaq lazımdır. Amma adaçayı hamilə qadınlara tövsiyyə edilmir. Hamilə qadınların ada çayı qəbul etməyinin fəsadları ola bilər.

 

Top