Gözəllik ondur,doqquzu ...

Gözəllik ondur,doqquzu ...

Sevgilinizə həmişə gözəl görünmək arzusundasızsa, onda bu yazıları diqqətlə oxuyub əınəl etməlisiz.
Bədən quruluşundan, zövqündən asılı olaraq gözəl görünmək istəyənlər bəzi sirlərə bələddirsə, buna asanlıqla nail olurlar. Allahın bəxş etdiyi bədən biçimini dəyişməyə çalışmaq. sadəcə ağılsızlıqdır. Nəfsi gözləməklə artıq piylənmənin qarşısını almaq mümkündür. Dəbdir deyə, arıqlamağa çalışmaq olmaz. Bədəninizə müvafiq geyimlərdən düzgün istifadə etsəniz elə arzuladığınız gözəlliyə sahib olacaqsınız. Əvvəl güzgüyə baxın, sonra da paltar dolabına. Müxtəlif geyim üslubları var. Məsələn, klassika…
Klassika dedikdə, gözümüzün önündə aydın mənzərə açılır: kişi pencəkləri. düz şalvarlar, dizə qədər dar ətəklər, nazik və dar koftalar (kofta — qədim türk sözü olan «kaftan»-köynəkdəndir), sadə köynəklər. Bütün bunlar sadə və əlavə parıltısı olmayan əşyalardır. Bizneslə məşğul olan xanımların stilini qalstuk (qalstuk — almanca «boyun dəsmalı» deməkdir), yaylıq və yaxud boyuna yüngülcə bağlanmış qalın şal ideal şəkildə tamamlayır.

Üst geyimini də nəzərdən qaçırmayın. Palto həmişə olduğu kimi, yenə də liderdir. Beldən kəsməli, dizə qədər və yaxud daha uzun. xəzlə işlənmiş, yaxalıqlı, iri düyməli paltolar ən çox dəbdə olanlardır. Maddi vəziyyətiniz imkan verirsə, xəzdən də uzaq qaçmayın. Çox bahalı olsa da, təbii xəzlər daha yaxşıdır. Xəzin rənglənməsi yolverilməzdir. O. öz təbii rəngində olmalıdır. Amma bu rəng sizin xoşunuza gəlməyə bilər. Onda xəzi unudun. Çünki rənglənmiş xəzdə zövqsüz görünəcəksiniz.
Dəridən həm üst geyimlərində, həm gecə paltarlarında, həm də çəkmə və ayaqqabılarda istifadə edə bilərsiniz. Dərinin işlənmiş əks tərəfi — zamş da diqqətçəkici materialdır.

Əllə toxunmuş geyimlərə tələbat heç vaxt azalmır. Rahat jaketlər, kiçik deşikli papaqlar, uzun şərflər, panço, ətək, palto, kostyumlar toxunmuş olduqda gözə xoş gəlir. Bu ən çox ötən əsrin 70-ci illərinin ruhunu xatırladır. Sadə toxunmuş əşyaların üzərinə qeyri-adi bəzəklər və aplikasiyalar əlavə etmək daha münasibdir.. Burada yerinə düşər ki, deyək: yay vaxtı göbəyi görünən açıq geyimlər geyənlər üçüncü çakrasının enerjisini tükətdiklərindən, çətinliklə ana olacaq.

Milli motivlər geyimi gözəlləşdirən əvəzsiz çalardır. Bunu hər kəs öz zövqü ilə seçə bilər. Üzərində butalar, milli ornamentlərimizin başqa elementləri olan enli ətək, dar köynək, enli qol nə qədər bəzəklidirsə, o qədər də milli çalarlara malikdir.
Dəbin ən vacib ənənələrinin ardıyca şərq üslubu gəlir. Kimanonu xatırladan paltarlar, uzun jaketlər, dar şalvar şərq stilinin əsas atributlarıdır. Belinizə enli kəmər bağlamaqla üslubun zirvə həddinə çata bilərsiniz.
Etiraf etmək lazımdır ki, geyim seçərkən bədən quruluşıınuzun çatışmayan cəhətləri sizi çox əsəbiləşdirir. Lakin bu çatışmazlıqları gizlətmək olar. İdeal bədən quruluşu naminə hər cür əziyyətə qatlaşmaq lazımdır. Ancaq çox vaxt tənbəllik bu yolda sizə mane olıır. Bu zaman köməyinizə eyibləri örtə biləcək geyim gəlir.
Enli budu gözəl göstərmək ən geniş yayılmış problemdir. Hətta çox arıq və hündür qadınlar da tez-tez bu problemlə qarşılaşırlar. Qulaq kimi kənara çıxan qalifeni geyimin köməyi ilə asanlıqla gizlətmək olar. Bunun üçün üç variant var:
Variant 1 (eleqant). Bədəninizə sərbəst oturan uzun,düz ətək və ondan bir neçə ton açıq olan eyni çalarda trikotaj kofta ikilisi. Bu cür geyim forması nainki qalifeni, həm də sinəni yır-yığış edə bilər.
Variant 2 (bəzəkli). Topuğa dəyən qədər uzun açıq rəngli rahat şalvar və hər iki yandan kəsikləri olan tünd rəngli uzun koftadan ibarət geyim ayaqlarda olan bütün problemləri gizlədir.
Variant 3 (idman). Çəkinmədən nisbətən dar şalvar və ağ «vodolazka» geyinin. Enli qalifeni isə qollarını belinizə bağlayacağınız trikotaj sviter örtəcək.
Enli çiyinlər. Əgər siz hələ də enli çiyinləriniz və dolu qollarınız üçün narahatlıq keçirirsinizsə, onda Hollivud ulduzlarına baxın. Nə enli çiyinlər, nə tökülən qollar ensiz bretelkalı paltaıiar geyinməyə mane olmur. Lakin siz bunu özünüzə sığışdırmırsınızsa, o zaman zərif parçadan tikilmiş enli qollu kofta geyinin.
Sinə. Geniş köynəklər və trikotaj koftalar geyinməyin. Onlar sinəni daha böyük göstərir. Yaxşısı budur ki, kip paltarlara keçin. Məsələn, dar və qısa topikin üstündən yarımşəffaf köynək geyinə bilərsinız. Tünd rəngli «vodolazka» və eyni çalarlı pencək də bu hal üçün uyğundur.
Balaca boy. Eyni parçadan tikilmiş şalvarlı dəst bu hal üçün ən yaxşı vasitədir. Şalvar nə dar, nə də geniş olmalıdır. Bımdan başqa şalvarı qısa ətək ilə də əvəz etmək olar. Bu cür geyim sizi xeyli hündür göstərə bilər.
Köklük. Piy qatlarınız sizə mane olursa, uzun jaketlərə üstünlük verin. Bununla qarın və bud nahiyənizdəki bütün eyibləri örtərsiniz. Üstəlik boyunuz da balacadırsa, bu jaketləri bədənə yapışmayan dar şalvarla geyinə bilərsiniz. Boyunuz hündürdürsə enli və nazik parçadan olan şalvarlara keçin.
Enli bel. Belinizin incəliyi tamamilə itibsə. bu hissədən kəsməli olan bütün geyimləri unudun. Bir qədər sıx və düz paltaıiar sizinçün çox uyğundur. Tünd rəngli şalvarları bu şəkildə uzun koftalarla geyinmək də sizə yaraşır.
Saç qadının gözəlliyidir. Gündəlik həyatda "çolka" dediyimiz kəkillər yaşı bir qədər artmış qadınlar üçün əvəzsiz gözəllik vasitəsidır. Axı üzə tökülmüş saç alındakı qırışları örtmək üçün ideal üsuldur. Üstəlik kəkillə saçın quruluşunu da korrektə etmək olar. Elə qadınlar var ki, onları, ümumiyyətlə kəkilsiz təsəvvür etmək olmur. Yəqin ki, hər qadın ömründə heç olmazsa, bir dəfə də olsun saçının qabağını kəsib. Hər şey üzə tökülən seyrək tüklərdən başlayır, daha sonra bu sıx kəkillə əvəz olunur. Dəblə ayaqlaşmaq istəyirsinizsə, yaxşısı mütəxəssisə müraciət edin. Sıx, düzgün sərhədə malik qaşlara qədər uzanan və onları örtən, qısa və seyrək, bir tərəfə yönələn, gözün üstünə tökülən saçlar dəbin əsas yönəldicisidir. Hansısa istiqaməti seçərkən fikirləşin ki, bu hər üzə yaraşa bilməz. Əgər sizin alnınız qısadırsa, kəkili tamamilə unudun. Əgər enlidirsə, seyrək və anlaşılmaz sonluqlu kəkillərlə kifayətlənin. Bu çolka enli sifətlər üçün də uyğundur. İri üz cizgilərinə malik olan xanımlara sıx və qalın kəkil uyğun gəlir. Yana daranmış kəkil isə hamıya yaraşır.
Makiyaj geyimi və saçı tamamlayan aksessuar olmaqla yanaşı, həm də qadınlığa xas amildir. Azərbaycanda hələ çox qədim zamanlarda da ənlik, kirşan, müşk. ənbər, müxtəlif ətirli güllərdən, sürmədən istifadə olunub. Makiyajın əsas məqsədi üzə təravət və rəng verməkdir. Lakin dəb bu sahədə də öz işini görür. Dizaynerlər azsaylı makiyaj elementlərini hər il bir şəklə salırlar. Bu ənənələri üç əsas istiqamətə ayırmaq olar: parlaq göz və açıq dodaq. sadə və təbii makiyaj. Seçim həmişə olduğu kimi, bu dəfə də öz ixtiyarınızdadır. Ümumi tələblər burada da mövcuddur.
Göz makiyajı sanki bir qədər yayılan, axan kimi görünməlidir. Bu effekti əldə etmək üçün kölgəni təkcə üst yox, həm də alt göz qapağına çəkmək lazımdır. Sıx, qara rəngli kirpiklər göz makiyajını tamamlayaraq onları daha da parlaq və cazibədar edir.
Parlaq dodaqlar. Qırmızı, moruğu, gilənar rənginin bütün çalarlarından istifadə etmək olar. Boyanı dodağı heç bir haşiyəyə almadan, duru parıltı ilə tamamlayaraq çəkə bilərsiniz. Neytral makiyaj kosmetikanın, ümumiyyətlə, mövcud olmaması demək deyil. Gözün və dodağın vizajını eyni rəngli açıq çalarla həyata keçirin. Bu çəhrayı, yaxud dəri rəngli kosmetik vasitələr ola bilər. Üzün quruluşunu göstərmək üçün yanağa ənlik çəkmək mümkündür.

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Top