Evdə hazırlanan yağlı dəri üçün istifadə edilən maskalar arasında ən təsirlisi təbii tərkibli maskalardır. Bu maskalar dəridəki yağ nisbətini azaldır, qara nöqtə və sızanaq kimi problemlərin öhdəsindən gəlir və qısa müddətdə nəticə verərək yağlı dəridə əmələ gələn problemləri düzələrək, dərizi hamar edeəcək. Yağlı dərilər üçün nəzərdə tutulmuş bu maskalar arasından sizin üçün ən uyğun olanı seçib maskanı istifadə edə bilərsiniz.
1-ci maska
Gil- 0.5 ç.q
Xiyar suyu — 1 x.q
Limon suyu - 0.5 c.q
Yumurta ağı- 1 ədəd
Hazırlanması:
Bütün ərzaqlar yumşaq şəklinə düşənə qədər qarışdırın. Qarışığı göz ətrafından başqa bütün üzünüzə diqqətlə çəkin. 15-20 dəqiqə saxlayıb, ilıq suyla durulanın. Bu maska günəşə reaksiya verə bilər. Bu səbəbdən axşam isifadə olunması tövsiyə edilir.
2-ci maska
Ərik – 1 ədəd
Qatıq – 1x.q
gil- (apardığı qədər)
Hazırlanması:
Əriyi blenderden keçirdin, qatığı və gili əlavə edib qarışdırın. Göz ətrafında başqa bütün üzünüzə sürtün. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun. Bu maska həftədə bir ya da iki dəfə istifadə oluna bilər.