Yaş artdıqca bütün bədən kimi üzdə də dəyişikliklər baş verir. Xoşbəxtlikdən bu qüsurları makiyaj hiylələri ilə gizlətmək mümkündür.
Birinci dərini təmizləməli, daha sonra isə nəmləndirməlisiniz. Dərini nəmləndirməkdən imtina etdiyiniz zaman gənc görünmək bir yana, dəriniz ləkə-ləkə görünəcək.
Daha sarımtıl tonal kremlər seçin. Sarı rəng dərini isidir və daha gənc görünməsinə şərait yaradır. Tonal kremi əllə sürtmək asan olsa da, yaxşı fikir deyil. Tonal krem çəkərkən nəmli süngərdən də istifadə edin. Belə ki, süngər məhsulu üzün hər tərəfinə bərabər miqdarda yayır. Kremi az-az və dəriyə yedirərək tətbiq edin.
Heç bir məhsul dərini toz məhsulları qədər yaşlı göstərmir. Fırçaya ehtiyac olmayan kremlər, gellər və başqa kosmetik məhsullara üstünlük verin.
Kirpik buran alətlə tanış olun. Bu alətin istifadəsi də çəyin deyil. Yuxarıya tərəf burulmuş kirpiklər gözləri daha böyük, baxışları isə daha parlaq və gənc göstərir.
Qaş qələmi təbii rəngindən bir ton tünd olmalıdır. Qələmi çəkərkən 45 dərəcə tutaraq tətbiq edin və maksimum dərəcədə təbii görünməsinə diqqət edin.
Qara qələmin istifadə qaydası haqqında uzun illər təcrübəniz ola bilər, amma bu münasibətə son vermək lazımdır. Onu qəhvəyi qələmlə əvəz edin. Qəhvəyi rəng də eyni effekti verir və daha az bilinir.
Daha yaşlı görünən dəri ilə diqqət çəkmək istəmirsinizsə, kirşanı bir kənara qoyun. Yox, əgər ondan ayrıla bilmirsinizsə, şəffaf toz kirşanlara üstünlük verin.
Korrektor seçərkən çox diqqətli olun. Qara ləkələri gizlətmək istəyərkən, daha yaşlı görünə bilərsiniz. Hər korrektor hər dəriyə düşmür. Almazdan əvvəl göz ətrafına çəkib yoxlayın.
Dodaq parladıcısından daha az və krem rənglərindən istifadə etmək tövsiyə olunur. Çünki 30 yaşdan sonra dəri öz parlaqlığını itirməyə başlayır.
Təəssüflər olsun ki, yaş artdıqca dodaqlar daha da nazikləşir. Buna görə də şəffaf dodaq parladıcısı yerinə, təbii dodaq rənginizə uyğun pomadaları seçmək məcburiyyətindəsiniz.
İnsanların yaşı artdıqca üzləri də sallanmağa başlayır. Bunu hiss edən kimi qaşlara hücum edib nazikləşdirməyə tələsməyin. Təcrübəli və bu sahədə çalışan birindən yardım istəyin.
Tuş çəkərkən kirpiklərinizi qalınlaşdırmağa çalışmayın. Kirpiklərini qalınlaşdıran süni tuşlardan deyil, uzadan təbii məhsullardan istifadə edin.
Göz makiyajını çəkməzdən əvvəl baz çəkin. Xüsusən də göz qapaqlarında xırda qırışlar varsa, göz kölgəsindən istifadə etməyin. İstifadə edərkən miqdarına diqqət edin.Yaş artdıqca bütün bədən kimi üzdə də dəyişikliklər baş verir. Xoşbəxtlikdən bu qüsurları makiyaj hiylələri ilə gizlətmək mümkündür.