Botoks əvəzi olan maska

Botoks əvəzi olan maska

Dərinizin təravətli və canlı olmağı üçün istifadə olunan botoksun əvəzinə təbii üsullarla hazırlayacağınız bu maskayla dərinizdə istədiyiniz nəticəni əldə edə bilərsiniz. Hər zaman təbiətin bizə bəxş etdiyi möcüzələr təbii olmayan üsullardan faydalıdır. Evdə asan üsulla hazırlayacağınız bu maskanı istifadə edərək dərinizi daha da gəncləşdirə bilərsiniz.

Resept və hazırlanması

1 ədəd yumurta sarısı
1 çay qaşığı limon suyu
1 çay qaşığı süd
1 çay qaşığı bal
1 çimdik duz

Yuxarıda göstərilən ərzaqları qarışdırdıqdan sonra ilk olaraq təmiz dəriyə bu qarışığı bir dəfə sürtüb 10 dəqiqə qədər gözləyin və daha sonra 2- ci qatı sürtün, yenə gözləyin daha sonra 3-cü qatı da sürtüb yarım saat müddətində maskanı üzünüzdə saxlayın və ilıq su ilə yuyun.

 

Top