Xoş rayihəli nanənin faydaları çoxdur. Nanədən təkcə ədviyyat kimi yox, kosmetik vasitə kimi də istifadə edirlər.
— Dəmlənmiş təzə nanəyə pambığı batırıb, 2-3 dəqiqə gözünüzün üzərində saxlayın. Bu kompres gözlərin yorğunluğunu götürür, dəridəki qırışıqların qarşısını alır.
— Yarpaqlarında olan mentol qan dövranını artırır və qan damarlarını gücləndirir.
— Dəriyə qulluq zamanı nanədən istifadə etmək olduqca mühüm əhəmiyyət daşıyır. Nanə losyonu yağlı dərini təmizləyir.
2-3 xörək qaşığı təzə və ya quru nanə yarpaqları üzərinə 200 milliqram isti su əlavə edin. Üstünü örtüb yarım saatdan sonra süzün və hər gün bu losyonla dərinizi silin.
— Dərinin təzələnməsində də nanə losyonu əvəzsizdir. 2 xörək qaşığı nanə üzərinə 400 milliqram soyuq su töküb, 10 dəqiqə qaynadın. Soyuduqdan sonra üzərinə bir neçə damcı limon əlavə edin və bununla hər gecə yatmazdan əvvəl dərinizi təmizləyin.
— Nanə suyu ayaqlarda göbələk kimi infeksion xəstəliklərin də qarşısını alır.