Bu səhvlər dərinizin yaşlanmaqına və pis nəticələrə səbəb ola bilər

Bu səhvlər dərinizin yaşlanmaqına və pis nəticələrə səbəb ola bilər

Dəri problem öz-özünə ortaya çıxmır. Bəzi səhvlər dərinizə ziyan etməklə dərinizin vaxtından əvvəl yaşlanmasına və sizin daha yaşlı göstərə və pis nəticələrə gətirib çıxara bilər. 

1.Köhnə makyaj vasitələri– heç bir kosmetik vasitəni istifadə etməyə başladıqdan sonra 12 aydan artıq saxlamayın. Bir kosmetik məhsulun qapağı açıldıqdan sonra 12 ay müddəti vardır. Quru göz kölgələrinin ömürü isə 3 ildir. Lakin kosmetik məhsulları düzgün qaydada saxlamaq lazımdır. 

2.Üst-üstə makiyaj etmək – səhər evdən çıxan zaman makiyaj etmisinizsə, onu yeniləməklə dərinizə ən böyük pisliyi edirsiniz. Dəridə neçə qat ənlik, kirşan, tonal krem yığılır və onu qurudur. Üzünüzü təmizləmədən makiyaj etməyin. 

3. Kirli makiyaj fırçaları – qoca nənələr kimi 40 il əvvəl alıb saxladığınız makiyaj fırçalarını sandıqda saxlamayın. Həftədə bir dəfə bütün makiyaj fırçalarınızı yuyun. Mümkün olsa, spritlə təmizləyin

4. Makiyajlı yatmaq – dəri üçün bundan zərərli bir şey ola bilməz. Əgər sağlam dəri istəyirsinizsə, yatağa getməzdən əvvəl bütün makiyajı üzünüzdən təmizləyin və nəmləndirin. Makiyaj gecə dərinin nəfəs almasına mane olur. 

5. Tez-tez peeling etmək – Peeling müəyyən vaxtlarda təkrarlanan bir prosesdir. Hər gün və ya 2 gündən bir peeling etmək olmaz. Əks halda dəridə yeni hüceyrə yaradan sebum azalar və ləkə kimi problemlər yarana bilər. 

 

Top