Problemli dərilərə qulluq

Problemli dərilərə qulluq

* Təmizləyici mum
Qədim yunan həkimi Qalen iltihabı prossesə qarşı təmizləyici krem məsləhət görürdü. Onun resepti bu günə qədər saxlanılıb:
1 yarım xörək qaşığı mum və ya parafini su vannasında əridin. 1 çay qaşığı vazelin yağı və 6 çay qaşığı qızılgül suyunu isidib mumun üzərinə əlave edin. Hazır kütlə bir qədər soyuduqdan sonra 2-3 damcı qızılgül yağı əlave edin və yaxşı qarışdırın. Alınmış kremi üzdə 10-15 dəqiqə saxlayaq üzü isti su ilə yaxalamaq lazımdır.

 
* Çay ağacı – bakteriyalara qarşı
Əgər sızanaq yetişibsə ən yaxşısı onu əllə sıxmaqdır. Amma əli və üzü öncədən və sonradan dezinfeksiya etmək mütləqdir. Zədələnmiş nahiyəyə spirt və ya yod vurmaq olmaz. Bir damcı çay ağacı yağı isə dərini sakitləşdirəcək və bakteriyaları məhv edəcək.



* Gil iltihabı saxlayacaq
Ən xoşagəlməz vəziyyət odur ki, üzün görünən nahiyəsində qızartı və şişkinlik yaransın. Onu aradan qaldırmaq çətin məsələdir. Belə vəziyyətdə gil maska köməyinizə gələcək. Aptekdən mavi və ya ağ gil alın, qatı hala gətirənə qədər su ilə qarışdırıb iltihab yaranan yerə çəkin. Üzdə 1 saat saxlayın .Yuduğunuz zaman isə qızartının azaldığını görəcəksiniz.

 

 

Top