1. Piqment ləkələr vəqırmızı səpkilər əleyhinə. Kağız salfeti təzə çəkilmiş kələm şirəsində isladıb, həftədə 3 dəfə 15-20 dəqiqə üzə qoymaqla istənilən nəticəni alacaqsınız.
2. Dərindən təmizləmə və quru dərinin qidalanması üçün suda bişmiş kələmi püre halına salın. 10-15 dəqiqə üzünüzdə saxlayın .
3. Sallaq, quru vəqırışmış dəri üçün 3-4 qat tənzifi təzə çəkilmiş kələm şirəsində isladıb, üzə və dekolite hissəyə 10 -15 dəqiqə maska edin. Tənzifi üzdən çıxartdıqdan sonra dərini soyuq su ilə yuyub, nəmləndirici krem çəkin. Bunu həftədə 2-3 dəfə təkrarlayın nəticəni görəcəksiniz.
4. Saçları tez uzadaq. Başın dibinə kələm, ispanaq və limon şirələrindən ibarət qarışıq çəkib barmaq ucları ilə masaj etməklə, saçların uzanmasını tezləşdirmək olar.
5. Pəhriz zamanı qəbizliyə son. Pəhriz zamanı qəbizlik yaranır və bu da üzdə çoxlu civzə əmələ gəlməsinə səbəb olur. Bu problemi kələm yeməklə həll etmək olar.