Aparılan araşdırmalara görə, qısa saç modelləri saçı zədələrə qarşı qoruyur. Bundan əlavə saçın şampunla təmas müddətini qısaldaraq daha yaxşı yuyulmasını təmin edir.
Yay aylarında dəniz suyu və hovuzda çimənlərdə ultrabənövşəyi şüalar saç tellərini zədələdiyindən saçların tökülməsi kimi hallar baş verə bilər.
Bu baxımdan saçları ola biləcək zədələrə qarşı qorumaq və saç diblərini sağlam tutmaq üçün yay aylarında qısa saç modellərinə üstünlük vermək lazımdır. Canlı və möhkəm saça sahib olmaq üçün onların qurudulmasına xüsusi diqqət yetirilməlidir.
Saçın təbii üsullarla qurudulması çox vacibdir. Çünki, saç qurutma fenlərinin maqnit və termal təsirləri ola bilər. Məhz, sağlamlıq baxımından saçları dəsmal ilə qurulamaq məsləhətdir. Bundan əlavə saç köklərinə uyğun şampun istifadəsi saç sağlamlığı üçün əhəmiyyətli hesab olunur. Məlumatda o da bildirilir ki, xüsusilə yay mövsümündə tərkibi biotin, sink, lesitin, metionin kimi vitamin və amin turşusundan ibarət olan şampunlardan istifadə etmək effektlidir. Bunlar saçların zədələnməsinin və köhnəlməsinin qarşısını alır.
Saç sağlamlığı üçün qulluq kremləri də lazımdır. Bu daha çox vaxtını dənizdə və hovuzda keçirənlər üçündür.
Qeyd edək ki, bu mövsüm də qısa saç modelləri dəbdə olacaq.