Gözün üst qapağında 8-12 mm uzunluğunda 90-160, alt
qapağında isə 6-8 mm uzunluğunda 75-80 kirpik var.
Kirpiklərin tökülməməsi və qırılmaması üçün hər gecə yatmamışdan öncə gözünüzdən tuş ve kölgəni silin. Təəssüf ki, bu sadə qaydaya əməl etməyi bir çoxları unudur. Gözlərdən makiyajı silmək üçün göz üçün nəzərdə tutulmuş
moloçko və losyondan istifadə edin. Adi vasitələr qızartı və qıcıqlanma verə bilər. Makiyajı temizləyəndən sonra gözünüzü
qara çay dəmi ilə silin. Bu, kirpikləri möhkəmləndirəcək. Kirpiklərin sıx və yumşaq olması üçün bitki kompreslərindən mütləq istifadə olunmalıdır.
Peyğəmbərçiçəyi (açıq göy rəngli çöl çiçəyi), kalendula və qara çay cövhərindən hazırlanan kompres öz effektliyini verir. Pambıq tamponu bu cövhərlə isladıb göz qapağınızda 15-20 dəqiqə saxlayın. Kompresi həftədə bir dəfə etmək mütləqdir.
Kirpiklərin uzun olması üçün «yağlı» reseptlər
Yağlarla müalicə zamanı tuşdan istifadə etmək məsləhət deyil.
1. Gənəgərçək yağını hər gün yatmamışdan qabaq kirpiklərinizə sürtün. Bu, onları bərkidir ve sıxlaşdırır.
2. Badam və şaftalı yağı kirpiklerin rəngini tündləşdirir və onları uzadır.
3. 1 ç.q. gənəgərçək yağı, 1 ç.q. buğda toxumu və 3 damcı dimeksid qarışığını günaşırı kirpik köklərinə vurun. Bunu 2 ay davam etdirin.
4. 8 q. vazelin, 5 q. genəgərçək yağını qarışdırıb gündə 2 dəfə kirpikərinizə sürtün. Onlar parildayacaq və tökülməyəcək.