Gözəllik mənbəyi - Maya

Gözəllik mənbəyi - Maya

Mayanın gözəllik mənbəyi olduğu hələ qədim zamanlardan məlum olub.
Misirli qadınlar hələ qədim zamanlarda gözəlləşmək üçün dərilərinə maya çəkirmişlər. Mayanın mikrob öldürücü xüsusiyyətlərini kəşf etdikdən sonra yara məlhəmi kimi istifadə edilib.

Mayadan yaraları dezinfeksiya üçün istifadə edilib. Mayanın tərkibində dərinin ehtiyacı olduğu hər cür vitamin və minerallar var. Xüsusən də qara nöqtələr və sızanaqlı dərilər üçün çox faydalıdır. Qaraciyəri toksinlərdən təmizləyərək dərini aşırı yağlanmağa qoymur.

Gözəlliyin sirri həqiqətən də mayada gizlənib. Onunla saçlara masaj edə, süddə əridərək üzünüzə və əllərinizə çəkə bilərsiniz. Gözəlliyinizin ehtiyacı olduğu bütün lazımlı maddələrin olduğu mayanı mətbəxinizdən əskik etməyin.

Maskanın hazırlanması 
Maya ilə hazırlanan maskalar əsasən problemli dərilər üçün çox faydalıdır. 2 yemək qaşığı yaş mayanı bir kasaya qoyub 1 xörək qaşığı ilıq su əlavə edin və krem halına gələnə qədər qarışdırın.

Göz və dodaq çevrəsindən başqa bütün dərinizə masaj edərək dəriyə yeridin. Quruması üçün 10 dəqiqə gözləyin. Dərini azca isladılmış pambıqla təmizləyib, əvvəlcə ilıq su ilə sonra soyuq su ilə yaxalayın. Üzü dəsmalla sərt şəkildə silmək olmaz.

20 yaşından yuxarı xanımlar bu maskanı ayda bir dəfə, 30 yaşından yuxarı olanlar ayda 2 dəfə, 40 yaşından yuxarı olanlar ayda 3 dəfə, 50 yaşından sonra isə həftədə bir dəfə etmək tövsiyə edilir. 

Top