Qüsursuz dərinin sirri

Qüsursuz dərinin sirri

Dəri gözəlliyinizi necə qoruyursunuz? Parlaq, hamar və qüsursuz dəriyə necə sahib olmağın qaydasını bilmirsinizsə, məsləhətlərimizi diqqət oxuyun, ən əsası isə əməl edin.
  
  • Kivi dərini nəmləndirir. Bol meyvə və tərəvəz dəri sağlamlığı üçün çox əhəmiyyətlidir. C vitamini sərbəst radikallarla mübarizə apararaq həm dərinin
    gəncləşmıəsinə kömək edir, həm də dərini nəmləndirir. Məsələn 100 qram kivi, 90 mq C vitamini ehtiyacını ödəyir. 
     
  • Qızıl balıq dərin cizgiləri yox edir. Qızıl balıq dəri elastikliyini artırma xüsusiyyətini özündə ehtiva edir. Onun tərkibindəki maddələr dəridə qalın cizgilərin yaranmasına mane olur. Həftədə iki dəfə qızıl balıq yemək dəri üçün son dərəcə faydalıdır. 
     
  • İspanaq dərinin su tutumunu artırır. A vitamini dərinin su tutumunu artırır. Yerkökü, ispanaq, kələm, bibər, brokoli, yaşıl meyvələrin tərkibində çoxlu A vitamini var. 
     
  • Fındıq dərinin zərər görməsinə mane olur. E vitamini antioksidant olduğu üçün dərini ultrabənövşəyi şüalara qarşı qoruyucu təsirə malikdir. Həm də dərinin nəmlənməsinə və yumşalmasına kömək edir. Bir ovuc fındıq gündəlik E vitamini ehtiyacını ödəyir. 
     
  • 10 stəkan su — 10 stəkan su dəri quruluğunu aradan qaldırır. Dəri quruluğuna mane olmaq üçün çoxlu içmək lazımdır. Dərinin parıldamasını istəyirsinizsə, gün ərzində minimum 8 stəkan su için. Suyu oturaraq və qurtum-qurtum içməli olduğunu da unutmayın. 
     
  • İsti yox, ilıq su ilə yaxalanın! İsti su ilə duş almaq, uzun müddət davam duşda qalmaq dərinin qurumasına səbəb olur. Buna görə də hamamda duş saatlarını azaldın. Həm də isti deyil, ilıq su ilə duş almağa çalışın. 
     
  •  Sabunsuz təmizləyicilər — Sabunlar dərini qurutduğu üçün sabunsuz təmizləyicilər və ya qliserin miqdarı yüksək olan sabunlar işlədin. 
     
  •  Otağın nəm səviyyəsini balansda saxlayın.Yayda soyudulan, qışda isə isidilən ofis mühiti bizi quru havaya məruz qoyur. Otağın quru olmamasına diqqət edin. 
     
  •  Dərini nəmləndirən məhsullar işlədin. Quru dəri probleminiz varsa, nəmləndirici kremlər çəkin. Hamamdan çıxdıqdan sonra bədən yağları çəkin çünki onlar dərinin nəm itkisinə əngəl olur. Uşaqlar üçün nəzərdə tutulmuş saf zeytun yağından da rahatlıqla istifdə edə bilərsiniz. 
     
  • Əllərinizi ilıq zeytun yağı vannasında saxlayın. Zeytun yağı dərini nəmləndirmək üçün əla vasitədir. E, K vitamini, yağ turşuları və antioksidantlar sayəsində dərini xarici mühitin verdiyi zərərdən qoruyur. Çox qurumuş və çatlamış əllərinizi 10 dəqiqə ilıq zeytun vannasının içində saxlayın. 
     
  • Kisələmək və pilinq — Xüsusən də soyuq qış aylarında kisə ilə üzü sürtmək və pilinq etmək çox təhlükəlidir. İrəliləyən yaşlarda dəri nazikləşə və dəri öz elastikliyini itirə bilər. Buraya bir də quru və soyuq hava əlavə edilərsə, dəri qabıq verir və yaralar əmələ gələ bilər. 
     
  • Alkoqoldan uzaq durun. Aşırı alkoqol içmək dəridə su itkisinə, nəticədə isə qurumasına səbəb olur. 
Top