Gözəlliyin düşmənləri

Gözəlliyin düşmənləri

Çoxumuz bilmədən dərimizi korlayır və qocalmasını sürətləndiririk. Kosmetik məhsullar haqqında məlumatımız olmadığı üçün yanlış məhsullardan istifadə edirik. Lakin bilməliyik ki, bəzi kosmetik məhsullar nə qədər baha olsa da, istəklərimizi qarşılamır. Ən pis kosmetik məhsullara 5 məhsul daxildir.

Üz yumaq üçün sabun – Nə qədər bahalı və ya nəmləndirici özəlliyi olsa da, üzü sabunla yumağa son qoyun. Sabunun tərkibində kimyəvi yağların dərinin pH balansını yüksəltdiyi elmi təsdiqini tapıb. Yüksək bazlı pH sahib sabun dərinin təbii yağ təbəqəsini həll edir. Üzün təbii yağ təbəqəsinin azalması isə dərini qurudur.

Dərini su ilə yaşayan orqanizm kimi düşünün. Susuz yəni, nəmsiz qalan dəri cansız və qurumuş yarpaq kimi solğun görünür. Sağlam və parlaq dəri üçün üzünüzü qurudan sabunlardan istifadə etməyin. Dəri tipinə uyğun və tərkibində SLS olmayan təmizləmə geli və ya lasyon ilə dərinizi təmizləyə bilərsiniz.

Alkoqollu tonik
Bəzi üz toniklərinin tərkibində alkoqol da olur. Alkoqollu toniklər üzə təmizlik hiss versə də, dərimiz üçün yararlı deyil. Tonikin içində olan alkoqol, dərini bakterial infeksiyalara və qurumağa qoymayan təbii yağı yox edir. Dərinin təbii yağ təbəqəsinin pozulması ilə quruluq, aşırı yağlanma, çatlama, ya da ləkələrin düşməsi kimi hallar müşahidə olunur. Alkoqollu toniklər yerinə içində alkoqol olmayan toniklər yaxşı alternativdir. Alkoqolsuz toniklər dərini qoruyur, sakitləşdirir və təravətlənməsinə yardım edir.

SLS tərkibli üz təmizləyiciləri
Bir çox təmizləyi və şampunların tərkibində SLS (sodium lauryl sulfat) və ya SLES (Sodium Laureth Sulfate) var. SLS-lər dəridəki yağı həll etdiyi üçün dərini qurudur. Aparılan araşdırmalarda SLS tərkibli məhsulların dəridə irritasiyaya səbəb olduğu müşahidə edilib. Üz təmizləyici alanda tərkibini diqqətlə oxuyun və SLS olmayan təmizləyici məhsullar alın.

Mineral yağ və ya tərkibində yağ olan göz kremləri
Göz ətrafında yağ istehsal edən toxumaların olmamasını bərpa etmək məqsədi ilə göz kremlərinə mineral yağ, parafin və ya yağ əlavə edilir. Bu cür yağlara sahib olan göz kremləri düzgün çəkilməzsə, göz içinə dəyə bilər, göz və göz ətrafının şişməsinə səbəb olur. Göz ətrafının şişməsi isə zamanla dərinin elastikliyi itirməsinə və qırışların yaranmasına yol aça bilər.

Göz ətrafının ehtiyacı olduğu nəm üçün jel tipli göz kremi və ya mineral yağ, parafin və ya tərkibində yağ olmayan daha az yağlı məhsullar ala bilərsiniz.

Tarixi keçmiş məhsullar
Hər 4 qadından birinin işlətdiyi komsteikanın son istifadə müddətinin çoxdan keçdiyini bilirdinizmi? Aldığımız hər məhsulun üzərində istifadə müddətini bildirən işarələr var. İstənilən məhsulu alanda üstündəki istifadə tarixinə diqqət edin və üstündə yazılan istifadə müddətini nəzərə alaraq işlədin. Tarixi keçmiş məhsullarda bakteriya yarana bilər, dəri, göz və dodaqlarda iltihabların yaranmasına yol açar. 

Top