Sizə ən çox yaraşan ətək modeli

Sizə ən çox yaraşan ətək modeli

ətək modelləri1. Lalə modelində olan ətəklər – Bədən quruluşunuzu gözəl göstərən lalə biçimli  ətəkləri həm triko üst geyimlərlə, həm də havaların hələ soyumağa başladığı vaxtda düyməli köynəklərlə birləşdirə bilərsiniz.

2. Colorblock – Həftə sonu dostlarınızla görüşə  gedəndə həm idman, həm də eleqant görüntü əldə edə bilərsiniz. Colorblock ətəklərinizi tangetka ayaqqabıları ilə kombinasiya edə bilərsiniz.

3. Büzməli – Büzməli ətək və kaşmir köynəklərin kombinasiyası ən yaxşı kollaj stilidir. Stilinizdə fərq yaratmaq üçün iddialı çanta və ayaqqabılarla birləşməyi təklif edirik.

4. Maksi və mini stili – Proporsiyalarla oynayın. Bol biçimli maksi və dar mini ətəkləri palto ilə kombinasiya edib qışın ən fenomen stilinə sahib ola bilərsiniz.

5. Balon ətək – Həm ayaqlarınızı, həm də qarnınızı kamufle(gizlətmək) etmək üçün balon ətəklərə müraciət edin. Həm də bu mövsümün dəbdə olan stillərdən biridir.

6. Qələm ətək – Qələm ətəklər həmişə dəbdədir və klassiklərə daxildir. Gündüz hündürdaban stilettolarla, axşam isə leofar ayaqqabılarla geyinə bilərsiniz.
Top