Dırnaqlarınızın qırılmadan tez və sağlam uzanması üçün bu məsləhətləri etmək kifayətdir.
Qadınlar dırnaqlarına çox diqqət etməlidilər. Çünki qadının əllərinə baxıb onun hansı yaşda olduğunu müəyyən etmək olar. Baxımlı əllər və gözəl dırnaqlar sizi daha gənc göstərir.
Lakin qadınlar dırnaqlarına qulluq etmədiyi üçün tez qırılır və səliqəsiz görünür. Biz bir neçə məsləhətlə dırnaqların tez və sağlam uzanmasına kömək edən məsləhətlər verəcəyik.
- Sağlam dırnaqlara qovuşmağın ən birinci maddəsi qidalanmadır. Ət, süd və balıq məshullarını mütəmadi olaraq yeyin.
- Aseton dırnaqlara zərər verən əsas maddədir. Mümkün qədər az aseton istifadə edin.
- Təmizliklə məşğul olanda mütləq əlcək geyinin. Yuyucu tozlarının tərkibindəki kiməyvi maddələr dırnaqların korlanmasına gətirib çıxarır.
- Manikür etdirdiyiniz yerin gigiyenik təlabatlara cavab verdiyinə fikir verin. Dırnaqlara mikrob düşə bilər.
- Dırnaqlarınızı dırnaq qayçısı yerinə pilka ilə qısaldın. Dırnaqların sağlam uzanması üçün pilka daha effektlidir.