Ballı aspirin maskası ilə dərinizdə baş verən dəyişikliyə inanmayacaqsınız. Aspirin dəri məsamələrini sıxlaşdırmaq, dəri ləkələrini yox etmək, dəridə ürəyinizi sıxan qüsurları yox etmək, dəri sıxlaşdırmaq, qara nöqtələr və sızanaqları qarşısını almaq üçün möcüzəvi təbii maskadır.
Bu maska dəri qaşıntısını kəsir, günəş yanıqlarına və günəşdən yaranan suluq yaralarına, ziyillərə qarşı olduqca effektli dərmandır. Bal isə hüceyrələri oyandırır və dərini yeniləyir. Bəs ballı aspirin maskası necə hazırlanır?
Hazırlanması:
1. 3-4 ədəd aspirini kiçik qaba qoyun.
2. Aspirini əritmək üçün üzərlərinə 1-2damcı su əlavə edin. Barmaqlrınızla onu əzin.
3. Üzərinə 2 damcı bal əlavə edin.
4. Göz ətrafını çıxmaq şərti ilə üzünüzə çəkin.
5. Qarışığı 10-15 dəqiqə üzünüzdə saxlayın. Daha sonra üzünüzü soyuq su ilə masaj edərək yuyun.
6. Sonda üzünüzü toniklə yaxşıca təmizləyin və nəmləndirin.
Qeyd: Bal əsl bal olmalıdır.