Dişləri daha bəyaz göstərən dodaq boyaları

Dişləri daha bəyaz göstərən dodaq boyaları

Qəhqəhəsiz keçən hər gün boşuna xərclənmiş gündür. Təbəssüm bizi həm gəncləşdirir, həm də həyata pozitiv gözlə baxmağa məcbur edir. Lakin diş problemləri olan qadınlar ürəkdən gülümsəməyə çəkinir. Rəng oyunu ilə dişləri olduğundan bəyaz göstərmək mümkündür.

Gözəl təbəssüm və bəmbəyaz dişlər üçün düzgün dodaq boyasını seçmək lazımdır. Bu dodaq boyaları dişləri daha bəyaz göstərməyə qadirdir.

Solğun çəhrayı – Dəri tonunda olan dodaq boyaları dişlərin sarı görünməsinə səbəb olur. Bunların yerinə çəhrayının solğun tonlarına yer verin.

Şəffaf çəhrayı – Şəffaf çəhrayı tonlar dodaqları gözəl göstərməklə birlikdə gülüşünüzü qüsursuz edir.

Mavi tonlara yaxın çəhrayı – Mavi tonlara yaxın çəhrayı boyalar dişlərdəki ləkələri gizləməkdə peşəkardır.

Tünd çəhrayı – Parlaq və tünd çəhrayı tonlar da ağappaq gülüşün qarantiyası ola bilər.

Parlaq qırmızı – İki qat çəkildiyi zaman daha effektli nəticə əldə etmək olar. Həm də dişləriniz ağ görünəcək.

Zoğalı tonlar  — Ən sevilən dodaq boyası tünd qırmızıdır. Cəlbedici və ağ dişlər üçün tünd qırmızı dodaq bayasına üstünlük verin.
Top