Dəri soyma deyə də adlandırılan pilinq müxtəlif üsullarla dərinin üzdən ya da dərin olaraq soyulmasıyla tətbiq olunur.
Dəri səthindəki ziyanlı təbəqə qaldırılır və altdakı ziyansız təbəqə canlandırılır. Qadınların əsas 8 səbəblə pilinq etdirdikləri məlum olub:
— İncə qırışların aradan qaldırılması.
— Qalın qırışların incəldilməsi.
— Ləkə azaldılması.
— Dəriyə canlılıq qazandırılması.
— Parlaq bir dəri yaradılması.
— Dərinin toxumasının yumuşaldılması.
— Sızanaq və sızanaq izlərinin yüngülləşdirilməsi.
— Dəridə meydana gəlmiş bəzi qızartı və qabıqlanmaların müalicəsi.
Qadinlara 4 pilinq variantı təqdim edilir.
Tətbiqin edildiyi üsula görə dəri soyma əməliyyatlarında əsas 4 üsul istifadə edilir.
1. Kimyəvi pilinq
2. Mexaniki pilinq
3. Laser pilinq
4. Plazma pilinq
Gündəlik praktikada pilinq deyildiyində ağla kimyəvi pilinq əməliyyatı gəlir. Kimyəvi pilinq əməliyyatda istifadə edilən kimyəvi agentlər və bunların yoğunluqlarına bağlı olaraq dəriüstü, orta və dərin pilinqolaraq 3 növü olur. Bu təsnifat pilinq üsulunun dərinin hansı təbəqəsinə qədər soyulma etdiyinə görə təyin olunur. Hal-hazırda ən tez dəriüstü və orta dərinlikdə pilinq növü üstünlük təşkil edir. Dəriüstü və orta dərinlikdə pilinq alfa hidroksi turşular (AHA), beta hidroksi turşular, triklorasetik turşu (TCA), Jessner sol, rezorsin istifadə edilir.
Piinq çox siqaret çəkənlərə qadağandır.
Dərini gözəlləşdirmək və sağlam bir görünüşə qovuşdurmaq üçün tətbiq olunan bütün bu əməliyyatlar qadınlar tərəfindən sıxlıqla seçim edilirsə də, pilinq əməliyyatı aşağıdakı vəziyyətlərdə istifadə edilə bilməz:
— Aktiv dəri infeksiyası (uçuq-ziyil kimi) olanlar.
— HIV və ya digər immun zəiflədici xəstəliyi olanlar.
— Üz bölgəsinə radiasiya müalicəsi edənlər.
— Çox siqaret çəkənlər.
— Dərisində yara izi (keloid) meydana gəlməyə meylli kəslər.
— Üz bölgəsində son 2-6 ayda plastik cərrahı əməliyyatı keçirənlərdə pilinq edilə bilməz.
Yetkinlikdən etibarən edilə bilər.
Pilinq əməliyyatlarının tətbiq məqsədinə bağlı olaraq yetkinlik dövründən etibarən hər yaşda edilə bilər. Ancaq ən yaxşı nəticələrin alına bilməsi üçün pilinq tətbiq məqsədinin, üsul, dərinlik və sıxlığının mütləq dəri xəstəlikləri mütəxəsislərinin qiymətləndirməsi lazımdı. Dəriüstü pilinq 1-2 həftə, orta dərəcə peeling isə 3-6 ay fasilələrlə edilməsi təklif edilir.
Dərini qorumaq lazımdır.
Pilinq sonra dəridə qızartı, qabıqlanma və soyulmalar meydana gələ bilər. Erkən dövrdə soyuq tətbiqlər, nəmləndirici kremlər köməkçi olur. Qabıqlanma meydana gəlsə qoparılmaması, həkimin təklif edəcəyi məlhəmi dəriyə nizamlı olaraq tətbiq olunması təklif edilir. Çölə çıxarkən yüksək faktorlu günəşdən qoruyucu kremlər sürtülməsi əhəmiyyət daşıyır. Dəriüstü pilinq bir neçə həftə, orta dərinlikdə pilinq isə bir neçə aydan bir neçə ilə qədər günəşdən qorunması lazımdır.