Dəriyə yaxşı qulluq etsəniz, faydasını həm indi, hıəm də gələcəkdə görərsiniz. Yatmazdan əvvəl dərini makiyajdan silmək ən vacib qaydalardan biridir. Bunun üçün makiyajı təmizləməyi vərdiş halına gətirməlisiniz.
Qırıq və zəif kirpiklər – Qadınlar uzun və gur kirpiklərə sahib olmaq üçün müxtəlif üsullara əl atır. Buraya tuş da daxildir. Tuşla yatmaq kirpiklərin qurumasına, nəticədə isə qırılmasına səbəb olur.
Tıxanmış məsamələr – Makiyajla yatmaq dərini nəfəs almağa qoymur və məsamələrin tıxanmasına səbəb olar. Bu isə sızanaqların meydana gəlməsinə şərait yaradır.
Ləkəli yastıq üzləri – Tonal krem, ya da tuş yastığa bulaşdığı zaman onu təmizləmək bir xeyli vaxt aparacaq.
Bakteriyalarla dolu yataq – Yatmazdan əvvəl üzü yumaq dərini makiyjadan və bakyeriyalardan təmizləyir. Gün ərzində dəriyə bulaşan çirkləri yatmazdan əvvəl təmizləməsəniz, dəridə yaralar və qaşınmalar əmələ gələ bilər.
Solğun dəri – Qadınlar dərisinin parlaq və və gənc görünməsini istəyir. Makiyjla yatmaq dərini qurudur və solğunlaşdırır. Dərini örtən makiyaj gecə dərinin özünü yeniləməsini çətinləşdirir.
Səhər makiyajı silmək daha çətindir. Gecə makiyajla yatmısınızsa, səhər onu təmizləməyin nə qədər əziyyətli iş olduğunu yaxşı bilirsiniz. Bu baxımdan makiyajla yatmaq parlaq fikir deyil. Lakin çox yorğun olsanız və makiyajı təmizləməyi yaddan çıxarsanız, səhər yuxudan duran kimi skarbla pilinq edin. Sonra isə nəmləndirici çəkin. Dərinin hava alması üçün həmin gün makiyajsız gəzsəniz, yaxşı olar.