Kimyəvi üsullara müraciət etmədən əvvəl dəridəki ləkələrdən xilas olmaq istərdinizmi? Özümüzü günəşin isti qollarına etibar etməzdən əvvəl xüsusi qulluq vasitələrinə müraciət etməlisiniz. Dərini çox pis göstərən bu ləkələr sağlamlığa da ciddi problemlər yarada bilər.
Günəş ləkələri yaranmazdan əvvəl qarşısını almaq üçün qoruyucu maddələr istifadə etmək şərtdir. Üz, çiyin, sinə və kürək bölgəsində yaranan bu ləkələrin yaranmasına mane olmaq üçün aşağıdakı maskanı hazırlayın. Bu maska dərini günəşin mənfi şüalarından qorumaq üçün həm çox effetklidir, həm də dərini hamarlaşdıran təbii vasitədir.
Bir qədər cəfəri
Bir fincan qatıq
Bir qədər limon suyu
Bu ərzaqları yaxşıca qarışdırıb püre halına gələnə qədər qarışdırın, üz və dekolte hissələrinə çəkin. 30 dəqiqə gözlədikdən sonra ovaraq təmizləyin. İlıq su ilə yaxalayın. Bu maskanı həftədə iki gün istifadə edin. Günəşə çıxarkən yüksək faktorlu qoruyucu kremlər istifadə etməyi unutmayın!