Makiyajda görüntünüzü bir az dəyişdirmək və daha gözəl göstərmək üçün kiçik hiylələrə əl ata bilərsiniz. Gözləri daha böyük göstərmək, dodaqları dolğun etmək, daha kiçik burun, çıxıq almacıq sümükləri və yumşaq dəri görüntüsü yaratmaq elə də çətin deyil.
Yumru gözlər
Üzünüz yumrudursa və siz daha qabarıq cizgilər istəyirsinizsə, burada qaşlar əsas rol oynayır. Qövslü qaşlar üzü daha kəskin göstərir. Bunun üçün qələmi burnunuzun kənarına paralel şəkildə saxlayaraq qaşınızın başlanğıc nöqtəsini tapın. Qaşınızın ən yüksək hissəsini yəni, əyriliyin başlayacağı yeri tapmaq üçün göz bəbəyinin bitiş nöqtəsindən qaşınıza dioqanal tutun. Göz qələmi ilə işarə etdiyiniz işarələdiyiniz nöqtədən birləşdirərək qaş formasını düzəldin. Daha sonra maqqaşın köməyi ilə işarənin üzərində
qaşları alın.
İncə uzun üzlər
Üzünüz incə və uzundursa ənliklə bu görüntünü dəyişdirə bilərsiniz. Ənliyi sadəcə almacıq sümüklərinizin üzərinə tətbiq edin. Yanaqlarınızn kənarına doğru tətbiq etsəniz, daha uzun bir üzə sahib olarsınız.
Kvadrat üzlər
Belə üzə sahib olan qadınlar ifadələrini yumşaltmaq üçün almacıq sümüklərinə çəkdikləri
ənlikləri gicgahlarına qədər yaymalıdır.
Böyük üzlər
Sadəcə almacıq sümüklərinin üzərinə ənlik çəkib burun hissəsinə çox dəyməməlidir. Yenə eyni şəkildə qulaqlara tərəf çox çəkilməməlidir.
Cizgilər
Səhər qalxdığınızda alnınız, burun kənarları və dodaq hissəsindəki qırışlar görünürsə, incə cizgilər üçün işıq əks etdirən məhsullar istifadə edin. Dərin qırışlar üçünsə qırışıq doldurucu kosmetik məhsullar alın.
Geniş alın
Geniş alnı dar göstərmək üçün mat və qaraldıcı kirşan ya da tonal kremlə dəri rənginizdən bir ton tünd ənlik alın və bunu saç cizgisi boyu çəkin. Yaxşıca çəkib saç diblərinə tərəf yayın.
Aşırı çıxıq almacıq sümükləri
Bu tip almacıq sümüklərini gizlətmək üçün ənliyi əvvəlcə yuxarıya doğru, daha sonra da qulaqlara tərəf yaxşıca çəkmək lazımdır.
Parlayın
Simli məhsullar istifadə etməkdən çəkinməyin. Bu məhsullar kənardan yaxşı hiss yaratmasa da taxdığımız zaman üzərimizdə gözəl qalır. Zərli və simli tonal krem işığı az olduğu yerdə sizi daha parlaq və cazibədar göstərəcək.