Qırış əlehinə 6 qızıl qayda

Qırış əlehinə 6 qızıl qayda

Qırışlar yaşlanmağın qaçılmaz bir hissəsi və bir neçə faktorun nəticəsidir. Gülən və qaşqabaqlı olan zaman, həmçinin soyuq havalarda qırışlar və kiçik xətlər yaranır.

Qırışlara qarşı mübarizə aparmaq üçün 6 qızıl qaydaya əməl edin. 

Soyuqdan qoruyun
Soyuq havalarda bayıra çıxmazdan əvvəl nəmləndirici kremlər çəkin. Dərisi quru olanlar isə tərkibində bitki yağı olan kremlər çəkməlidir. 

Günəşdən qoruyun
Dərini günəşli havada müdafiəsiz buraxmayın. Günəş şüaları dəridə erkən qırışların və ləkələrin yaranmasına səbəb olur. SPF qoruyucu olan günəş əleyhinə kremlər istifadə edin. 

Nəmləndirin
Yaş artdıqca dəri quruyur və nəmini itirir. Nəmin olmaması isə dəridə qırışların yaranmasının ilkin səbəbidir. Hər gün bol su qəbul edin.

Gecə qulluğu
Gecə yatmazdan əvvəl dəridəki makiyajı sildikdən sonra sakitləşdirici krem çəkin. Bu kremlər dərinin daha güclü və gənc qalmağına səbəb olur. 

Vitamin qəbul edin
 E və C vitaminləri ilə zəngin olan antioksidant xüsusiyyəti olan məhsullar seçin. Bu vitaminlər dərinin qırışlanma sürətini azaldır. 

Yeməklərinizə diqqət edin
Meyvə tərəvəz qəbul edin, nizamlı şəkildə yatın və stressdən uzaq durmağa çalışın. Çünki stress də dəridə vaxtsız və qəflətən qırışların yaranmasına gətirib çıxarır.
Yuxarıda sadalananların hamısına əməl etsəniz, dəriniz çox cavan və sağlam görünəcək.
Top