Tüklərin təmizlənməsi qadınların ən böyük bəlasıdır və yüz illərdir ki, qadınlar bu problemdən xilas olmaq üçün müxtəlif çarələr axtarır. Evdə olan məhsullarla tüklərdən rahat şəkildə xilas olmaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.
Hindistan zəfəranı və duz
Hindistan zəfəranın tükləri tökməkdə böyük bir əhəmiyyəti və rolu açıqlanmayıb. Lakin hindli qadınlar duzla zəfəranı məcun halına gələnə qədər qarışdıraraq istifadə edir. Əldə edimiş qarışıq ayaqlara sürtülür və sonra su ilə yuyulur. Bu maskanın köməyi ilə tüklər tamamilə yox olmasa da, onların uzanması dayanır və yaxud da daha az uzanır.
Şəkər
Şəkər “Ağda” (qadınlar arasında buna lipuçka deyilir) kimi təsir göstərir. Yarım limonun suyunu, 2 xörək qaşığı balı və 1 fincan şəkəri qarışdırın. Mikrodalğalı sobada və ya tavada isidin. Sonra isə soyumağa qoyun. Bu qarışıq soyuduqdan sonra ayaqlarınıza və digər bölgələr çəkə bilərsiniz. Uzun və kv şəklində bezlər kəsib, qarışığın çəkildiyi hissəyə yerləşdirin. 30 saniyə gözləyin və ağda lentini çəkən kimi sürətlə çəkin.
Daban daşı
Bu daş yüz illərdir ki, istənilməyən tüklərə qarşı istifadə olunur. Lakin bu daşdan istifadə zamanı ağrı verir. Unutmaq lazım deyil ki, daşı quru dərinin üzərində və hər gün az miqdarda tətbiq etmək lazımdır. Bir müddət keçdikdən sonra tüklərin azaldığını və nazikləşdiyinin şahidi olacaqsınız.