Gözlərdən makiyajı silmək bildiyimiz qədər də sadə və asan iş deyil. Kosmetikanı tez və dəriyə ziyan vermədən silmək üçün bu məsləhətləri yadda saxlayın.
Siz əgər bir və ya ikifazalı vasitələr arasında seçim edə bilmirsinizsə, onda bizim məsləhətdən yararlanın.
İkifazalı vasitələr makiyajı daha tez və effektiv təmizləyir. Amma onlar kirpiklərdə yağlı təbəqə saxlayır və gözləriniz çox həssasdırsa, hətta allergik reaksiya yarada bilər.
Tez-tez təsadüf edilən səhv pambıq diskinə vasitənin çəkilməsindən sonra dərhal makiyajı təmizləməyə başlamaqdır. Bunu edərkən Siz kosmetikanı yayır və gözətrafı zərif dərini zədələyirsiz.
Diski suda islat, onu sıxın və nəm pambığa makiyajı silmək üçün olan vasitəni çəkin. Diskləri bağlı gözlərə qoy və 30 saniyə gözləyin. Sonra isə zərif hərəkətlərlə makiyajı təmizləyin.