Makiyaj xanımların heç bir zaman vaz keçə bilmədiyi bir “ehtiras”dır. Bəli, imtina edilməz, amma yalnız makiyaj etmək yaxud da keyfiyyətli makiyaj məhsulları almaqla işi bitmiş hesab etmək olmaz. Vacib olan makiyaj vasitələrini düzgün istifadə etmək, dəri rənginə uyğun makiyaj edib, öz dəri rənginizə yaraşan məhsulları alıb əldə etməkdir. Bunların hamısının bir yerdə olması lazım olan makiyaj çantası da gərəkdir.
Dırnaq boyası - hərəkətli anınızda hər an pozula biləcək dırnaq uclarının yenidən bərpa etmək üçün dırnaqlar üçün nəzərdə tutulmuş dırnaq boyaları işinizə çox yarayar.
Maqqaş - yaddan çıxmış tükləri tez bir zamanda aradan qaldırmaq üçün çox vacibdir.
Saç lakı – nəm saça forma vermək, quru saçın formasını saxlamaq və saçınızı sıx yığdığınız bir vaxtda tökülən saçı aradan qaldırmaq üçün gərəkdir.
Ətir – keyfinizi açmaq üçün ən yaxşı üsuldur.
Təmizləmə vasitələri – makiyajınızı təzələyərkən ürəyinizcə olmayan xəttləri aradan qaldırmaq üçün nəmləndiri salfetlər köməyinizə çatar
Üz üçün nəmləndirici kremlər – dərinizin ehtiyaclarını hər zaman ödəmək üçün makiyaj çantasında kremin olması önəmlidir.
Tuş – qara klassik tuş. Makiyaj edilərkən zəruri olan son addım məhz kirpik üçün tuşdan istifadə etməkdir. Bu gözlərinizə canlılıq qatacaq.
Dodaq boyası – makiyaj çantanızda olması vacib olan dodaq boyasıdır. Çalışın ki, parıltılı dodaq boyasına üstünlük verəsiniz.
Kirşan – hamar dəriyə sahib olmaq istəyirsinizsə mütləq çantanızda kirşana yer ayırmalısınız.
Müəllif: Nilufər