Özünüzə yaraşan saç modelini seçin

Özünüzə yaraşan saç modelini seçin


Saçları üz quruluşuna görə düzəltmək və yığmaq lazımdır. 

Hər il yeni saç formaları çıxdığına görə saçları üz quruluşa görə yığmaq çətin olur.
Qadınların çoxu əsasən, ortadan ayrılmış saç formasına üstünlük verir.

Lakin bu forma hamıya yaraşmır. Xüsusən də, uzun üz quruluşuna sahib olan qadınlar ortadan ayrılmış saç formasından uzaq durmalıdır. 

Dairəvi üzü olan xanımlar üçün ortadan ayrılmış saç forması ideal sayılır.
Oval və uzun üzü olan xanımlar üzü daha kiçik göstərmək üçün  yandan ayrılmış və alnını örtən saç formalarından istifadə etməlidir. 

Üçbucaq və ürək şəklində üzü olan xanımlar, çənə alın formasını balanslamaq üçün  üzünə tərəf tökülmüş saç formalarından istifadə etməsi daha məqsədə uyğundur.
Top