Bəzi insanların saçları gənc yaşda ağarmağa başlayır. Həkimlərin bir qismi bunun səbəbinin genetik olduğunu deyir. Bir qismi isə depressiya, problemlərin və stressin saçın ağarmasına səbəb olduğunu deyir.
Qadınlar gənc yaşda saçlarını boyamağa başlayır. Kişilər isə dən düşmüş saçlarla yaşlı görünürlər. Lakin ağ saçları bitkilərin köməyi ilə aradan qaldırmaq olar.
Saçların ağarmasının və tökülməsinin qarşısını almaq üçün sarımsaq ən yaxşı vasitədir.
Ərzaqlar və hazırlanması:
Bir ədəd soğan və 5 diş sarımsağı yaxşıca əzin. Bir yumurta sarısı və 1 çay qaşığı zeytun yağı əlavə edərək, krem halına salın.
Bu qarışığı saçlarınıza çəkib bir saat gözləyin. Bu maskanı həftədə bir gün tətbiq edin. Həm saçlarınız sağlam olacaq, həm də onları boyamağa ehtiyac yoxdur.