Məsamələrlə mübarizə

Məsamələrlə mübarizə

Məsaməli dəri təkcə estetik baxımdan deyil, həm də sağlamlıq baxımından qadınlara əziyyət verir. Belə ki, onların daxilinə çirk dolur və nəticədə sızanaqqlar əmələ gəlir ki, onlarda da iltihablananda insana ağrı verir.

Dəridə məsamələr bir neçə faktora görə əmələ gələ bilər: pis qulluq, irsi problem və s. Bu halda siz menyunuzdan spirtli içkiləri, kimyəvi əlavələr olan qidaları, yağlı, acı və qızardılımış yeməkləri çıxarmalısınız. Tez-tez üzünüzü sərin su ilə yaxalayın, xüsusilə çöldən gələndən sonra, çünki küçə tozu məsamələrə dolduqca infeksiyaya yol açır. Hər həftə skrabdan istifadə edin, pudra və tonal kremlərdən bir müddətlik imtina edin. Yağlı dəri üçün nəzərdə tutulmuş gel və köpüklə yuyunun.

Badam maskası: 1 xörək qaşığı badamı qəhvə üyüdən maşınla üyüdün, üzərinə 50 ml qaynar ot dəmləməsi əlavə edin, yarım çay qaşığı bal və 1 çay qaşığı un əlavə edin. Bunları qarışdıraraq 30 dəqiqəlik üzünüzə sürtün. Daha sonra sərin su ilə yuyunun. Ot dəmləməsi üçün çobanyastığı, cökə, şam ağacının zoğlarından 2 xörək qaşığı götürərək dəmləyirik. 

Limon şirəsi də məsaməli dərilər üçün faydalı hesab olunur.
Limonun qabığını soyun, içini doğrayın və üzərinə araq tökərək 10 gün saxlayın. Daha sonra səhər axşam bu məhlulla üzünüzü silin. Lakin sonra üzünüzü su ilə yaxalamayın.

Məsaməli dəri üçün ən efektiv maska isə yumurtanın ağından düzələn maska sayılır. Yumurtanın ağını köpüklənənə kimi çalın, 1 çay qaşığı isidilmiş bal və orta ölçülü limonun şirəsini əlavə edin – yapışqanlı məhlul alınmalıdır. Üzünüzə maska kimi sürtün və 30 dəqiqə gözləyin. Maska tam quruyandan sonra sərin su ilə üzünüzü yuyun. 

Xanımlar həmçinin kosmetik gildən istifadə edir. Mavi və ya ağ gili 15-20 dəqiqə saxladıqdan sonra yumaq məsləhətdir.
Top