Hər yaşın ayrı bir gözəlliyi olsa da, gənc və parıltılı dəri hər bir qadının xəyalıdır. Təəssüflər olsun ki, yaşlanma müddətini dondurmaq mümkün deyil. Lakin dərinin gənc qalmasını uzatmaq və qocalmasını bir müddət gecikdirmək olar. Zamanla hüceyrələrin yaranması dayanır və dəri nazikləşir. Dəri elastikliyinin əsasını və onun sıxlığını təşkil edən kollajen proteinlərinin əsası pozulur. Dəri elastikliyini və sıxlığını itirir. Nəmini qoruya bilmir və qırışlar yaranmağa başlayır.
Mimika ilə danışmaq üçün üzün əzələlərindən istifadə edirik. Lakin zamanla gülüşlər və mimika ilə danışmaq bizim əleyhimizə işləyir.
Mütəxəssislərin çoxu yaşlanmaya səbəb kimi günəş şüalarını, soyuq hava, siqaret, çirkli hava, stress və yuxu pozğunluğunu göstərir.
Dərinin yaşlanması iki şəkildə müşahidə olunur. Birincisi dəridəki dəyişikliklər, incə qırışlar, qəhvəyi ləkələr, damarların açıq görünməsi şəklində özünü göstərir. İkinci isə dərinin sıxlığının itirməsi və genişlənməsi.
Dəri yaşlanmasını bəlli edən işarələr:
— dərinin parlaqlığını itirməsi
— daha mat görünməsi
— damarların genişlənməsi və görünməsi
— qəhvəyi ləkələr
— gözlərin və ağzın ətrafındakı xırda qırışlar
— dəridəki yağ toxumaların azalması ilə bağlı olaraq sallanmalar