Gözə dərin məna qatan göz qələmləri haqqında bilmək istədiyiniz sualların cavablarını yazıdan öyrənə bilərsiniz.
1. Qaşların daha qalın görünməsi üçün göz qələmini qaş qələmi kimi istifadə edin. 2. Tünd rəngli göz kölgələriniz bitibsə, qara, qəhvəyi və ya boz qələmləriniz ilə göz qapağını pambığın köməyi ilə dağıdın. 3. Keçici döymə etdirmək üçün göz qələmindən istifadə edə bilərsiniz. Etməli olduğunuz tək iş qələmlə istədiyiniz formanı çəkməkdir. 4. Pişik gözlərə sahib olmaq üçün, göz qələmini gözün bitiş hissindən uzatmaq lazımdır. 5. Yaponlar kimi qıyıq gözlərə sahib olmaq üçün göz qələmini alt və üst kirpiklərin ortasından başlayıb gözün bitən hissəsinə qədər çəkin. 6. Ağ dərili xanımlara qəhvəyi tonlarda göz qələmi çox yaraşır. Beləcə üz cizgiləri daha qabarıq görünəcək. 7. Gözləriniz böyükdürsə, iç hissəsinə qələm çəkərək onları balaca göstərə bilərsiniz. 8. Gözləri daha iri göstərmək üçün isə alt və üst hissəsini qələmlə çevrələyin. 9. Qələmi gözlərin kənarlarından uzatsanız, gözləriniz daha mənalı olacaq. 10. Gözləri qələmlə çəkdikdən sonra qulaq təmizləyən çubuqla ətrafını təmizləyin. Həmçinin cizgini çubuqla dağıdıb dumanlı gözlərə sahib ola bilərsiniz. 11. Gözün alt hissəsinə ağ qələm çəkib gözlərin daha parlaq görünməsini təmin edə bilərsiniz.
12. Gözlər bir-birinə çox yaxındırsa, gözün ortasından kənarına qədər alt və üst qisminə qələm çəkin. 13. Qaşların daha uzun görünməsi üçün qaş qələmi ilə kənarlarını uzatmaq mümkündür. 14. Rəngli gözləriniz varsa, rəngli qələmlərdən istifadə edə bilərsiniz. 15. Gözlərin ancaq üst kirpik diblərinə qələm çəkərək onların daha yuxarıda görünməsini təmin edə bilərsiniz.
Mənalı baxışlar üçün eyeliner
Eyeliner çəkmək çox çətindir və təcrübə tələb edir. Həmçinin gözləri daha cazibədar etmək üçün tuş və eyeliner mükəmməl vasitədir. Gözləri daha bəlli edir və böyük göstərir. Düzgün eyeliner çəkmək üçün bu qaydalara əməl edin.
— Xaric tərəfə qalınlaşan incə bir cizgi, bir-birinə yaxın olan gözlərin geniş görünməsini təmin edir.
— Eyeliner gözün bitdiyi nöqtədən ən çox 1 mm qabaqda bitməli və daha çox uzadılmamalıdır.
— Gözün üstünə çəkilən incə cizgi gözlərə daha təbii makiyaj təsiri bağışlayır.
— Eyeliner çəkərkən gözün iç hissəsindən astaca kənara doğru çəkin.
— Gözün içinə eyeliner və qələm çəkməyin. Bu infeksiyaya səbəb ola bilər.