Səhər-səhər aynaya baxdığınız zaman özünüzdən qorxursunuzsa, göz baxımı üçün aşağıdakıları etməlisiniz.
Şişmiş gözlərlə mübarizə aparmağaın ən yaxşı yolu normal yuxu rejimidir. Ancaq bəzi hallarda bu yetərli olmaya bilər.
2 xörək qaşığını gecədən soyuducuya qoyun. Səhər yuxudan qalxdıqdan sonra həmin qaşıqları gözlərin üzərinə qoyun. Bu üsulla gözlərin şişkinliyi aradan qaldırmaq olar.
Xiyarın tərkibində olan antioksidantla gözlərin şişkinliyi və sızanaqları aradan qaldırmaq olar. Dilimlədiyiniz xiyarı gözlərinizin üstünə qoyun.
Süd şişmiş gözlərin ən yaxşı silahıdı. Təmizləyici pambıq ilə bir neçə damlacılayıb 5-6 dəqiqə gözlərinizin üzərinə tutun.
Soyuq çayı yorğun və şişmiş gözlər üçün ən yaxşı alternativdi. Nanəli çayları 2 gün əvvəldən soyuducuda saxlayın və səhər 5-6 dəqiqə gözlərin üstündə saxlayın.