Yazda saçlarınız tökülürsə, bu qidalardan mütləq istifadə edin. Onlar sayəsində həm gözəlliyinizlə insanları valeh edə, həm də sağlam saçlara qovuşa bilərsiniz.
Bal: bal dəri və orqanizm üçün faydalı olduğu kimi saçlar üçün də faydalıdır. Bal saçdakı nəmi artırır və saça hopur. Yuduqdan sonra saçınızın nə qədər yumşaq olduğunu özünüz də görəcəksiniz.
Düyü: uzaq şərq mətbəxinin zəngin qidası olan düyü, saçları dolğunlaşdırır. Bir qab düyünü suda isladın və səhərə kimi saxlayın. Səhər suyu süzdükdən sonra bir sprey qaba tökün. Saçınızı qurutduqdan sonra bu spreydən sıxın.
Alma sirkəsi: Alma sirkəsi möhtəşəm parladıcı təsirə malikdir. Şampunla saçınızı yuduqdan sonra saçınızı bir qədər alma sirkəsi ilə durulayın. Saçlarınız çox parlaq olacaq. Lakin bunu boyanmış saçlara etmək olmaz.
Nanəli çay: 5 ədəd nanaəli çay paketini dəmləyin. Soyumağını gözləyin. Sonra isə saçınızı şampunlayıb yuyun. Sonda isə saçınıza nanəli çayı tökün. Nanə saçınızdakı artıq yağ miqdarını ortadan qaldıracaq.
İtburnu çayı: İri və dolğun saçlara sahib olmaq üçün itburnu çayını dəmləyim və üzərinə eyni miqdarda zeynut yağı əlavə edib yaxşıca qarışdırın. Alınan məhlulu boş şampun qabına əlavə edin. Səhər bu qarışığı saçınıza çəkib darayın. 10 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Saçlarınız həm dolğun, həm də dalğalı olacaq.