Təbii dodaq kremi necə hazırlanır?

Təbii dodaq kremi necə hazırlanır?

Mövsüm dəyişikıiyindən ən çox zərər görən dodaqlardır.  Qabıq verir və soyulur. Yaz aylarının gəlişi ilə əlaqədar soyulmasa belə dodaqlar quruyur. Bunun üçün təbii dodaq kremi hazırlamaq lazımdır.  

Tərkibi: 
5 ml. balmumu,
15 damcı kakao yağı,
15 damcı buğda toxumu yağı,
15 damcı badam yağı,
3 damla lavanda yağı

Hazırlanması: 
Lavanda xaric bütün ərzaqları kiçik bir qaba qoyun. Daha sonra qabı, içi su dolu bir qazanın ortasına yerləşdirib qarışıq əriyənə qədər odda saxlayın. Balmun gec qaynadığı üçün səbrli olmalısınız. Oddan alın və lavanda yağını əlavə etməzdən əvvəl 1 neçə dəqiqə soyumağını gözləyin. kiçik bir qaba tökün və soyumağını gözləyin.
Top